
"50 il sonra bizim Zəfər tariximizi yazacaq insanlar, tarixçilər qəzetlərə üz tutacaqlar" - Akif Aşırlı
23:14 03.11.2025
Media
717
Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "musavat.com"a açıqlamasında deyib ki, internet mediası yazılı mətbuatı qabaqlayıb:
“Dünyada qəzetlər daha cox media holdinqlərinin tərkibində fəaliyyət göstərir. Həmin holdinqlərin həm internet saytları, həm tv-ləri, həm də yutub kanalları var. Qəzet də onların timsalında klassik jurnalistika nümunəsi kimi fəaliyyət göstərir.

Türkiyədə əvvəllər “Hürriyet”, “Sabah” kimi qəzetlərin əlavələri çap olunurdu. İndi onlar da səhifələrin sayını azaldıblar. Qəzetçilik ona görə lazımdır ki, klassik media institutu qorunub saxlanılsın. 50-60 və ondan çox yaşı olan insanların əsas informasiya mənbəyi qəzetlərdir. Ancaq təəəsüf ki, bu hədəf qruplarına yönəlik siyasət həyata keçirsək də, yayım şəbəkələri buna imkan vermir. Demək olar ki, yayım şəbəkələri Azərbaycanda dağılmış vəziyyətdədir. Qəzet yayımı ilə məşğul olan şirkətlərin sayı durmadan azalır. Ancaq təyinatı üzrə qəzet satışı ilə məşğul olan şirkətlər də sadəcə qəzetin adından istifadə edib öz biznes strukturlarını qururlar. Bir ölkənin iqtisadi, siyasi, sosial həyatını ən gözəl əks etdirən qəzetlərdir. Biz 100 il əvvəlki hadisələri öyrənmək üçün qəzetlərə üz tuturuq. 50-70 il sonra da bizim Zəfər tariximizi yazacaq insanlar, tarixçilər qəzetlərə üz tutacaqlar. Çünki onlayn resurslarda bu məlumatların qalıb- qalmayacağı bəlli deyil.
Həm də klassik jurnalistikadan imtina gələcək jurnalistikanın "intiharı" deməkdir. Heç bir inkişaf etmiş dövlət kağız mətbuatından birdəfəlik imtina etmir. Azərbaycanda bu baş versə, çox ağır fəsadları ilə üz-üzə qalacağıq. Qəzetçilik ictimai institutdur, jurnalistlər redaksiyalarda formalaşır. Bünövrədən imtina etsək, nə ilə qarşılaşacağıq? Üç nəfərdən ibarət saytda hansı yaradıcılıq atmosferi formalaşacaq və yeni nəsil jurnalistləri yetişəçək? Nəzəri məsələlərlə məşğul olmaqla yanaşı praktik vəziyyəti bilmək və buna görə də addım atmaq lazımdır ”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm
Tramp: Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir
17:39 07.07.2026
Gündəm
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
17:27 07.07.2026
Gündəm
NATO daxilində ciddi etimad böhranı var - Abdullah Ağar
17:14 07.07.2026
Dünya
Qırğızısatnın paytaxtına üçuşlar dayandırılıb
16:54 07.07.2026
Dünya
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
16:43 07.07.2026
Gündəm
Rutte elan etdi: Donanma yaradılır
16:11 07.07.2026
Gündəm