AŞPA medianın böhran zamanı roluna dair qətnamə qəbul edib
Yusif Nəzərli
09:17 26.01.2022
Media
410
Avropa Şurası Parlament Assambleyası (AŞPA) böhran zamanı medianın roluna dair qətnamə qəbul edib.
“Report”un Fransa bürosu xəbər verir ki, sənəddə media azadlığı, plüralizm və müstəqil medianın mövcudluğunun demokratik cəmiyyətlər üçün vacib ilkin şərtlər olduğu, lakin sağlam medianın əhəmiyyətinin böhran dövrlərində özünü daha aydın göstərdiyi bildirilib.
"Azad və müstəqil media vətəndaşlara düzgün, dolğun və keyfiyyətli məlumat verməlidir ki, bu, onun hüququ olmaqla yanaşı, həm də vəzifəsidir. Vətəndaşların media vasitəsilə böhranlarla bağlı etibarlı, aydın məlumatlara çıxışının olması çox vacibdir. Çünki bu cəmiyyətin böhran vəziyyətləri ilə - səhiyyə sistemində böhranlar, təbii fəlakətlər, terror aktları, sosial zorakılıq və ya silahlı münaqişələr zamanı effektiv mübarizə aparmaq bacarığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Media dialoqun yaradılmasında və münaqişələrin qarşısının alınmasında da mühüm rol oynaya bilər", - qətnamədə vurğulanıb.
AŞPA böhran dövrlərində medianın üzərinə düşən məsuliyyətin böyük olduğunu qeyd edərək üzv dövlətlərə müvafiq tövsiyələr ünvanlayıb: “Azad və müstəqil media böhranın əsl səbəblərinin tənqidi təhlilini verməlidir. Media böhranın səbəbləri və zərərli təsirlərinin aradan qaldırılması üçün müvafiq tədbirlərə dair müzakirələri təşkil edə, bu debatlarda vətəndaşların iştirakını asanlaşdıra bilər. Media siyasi liderlər tərəfindən qəbul edilən qərarların legitimliyini gücləndirməyə və onların həm məzmununu, həm də səbəblərini başa düşməyə kömək edə bilər. Media eyni zamanda qərar qəbul edənlərlə əhali arasında əlaqə kimi mühüm rol oynaya bilər. Bundan əlavə, media maarifləndirici rol oynaya bilər, böhran dövründəki yeni öhdəlikləri və hakimiyyətin vətəndaşlardan gözlədiyi münasibəti təhlil edərək izah etməyi bacarmalıdır. Böhran zamanlarında dezinformasiya, qütbləşmə və onlayn populizm riskləri artır. Bu zaman yayılan məlumatların yoxlanılmasında peşəkarlıq və ciddilik tələbi daha da artır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur