Aydın Quliyev: “Qanun dəyişiklikləri informasiya xaosunun qarşısını alacaq”
12:09 14.07.2025
Media
487
“Sputnik Azərbaycan” təcrübəsi hüquqi islahatlara təkan verdi
Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib. Layihə Milli Məclisin iyulun 14-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, “Media haqqında” Qanunda “Media subyekti” anlayışı Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib. Qanun layihəsində bu istiqamətdə bir sıra digər dəyişikliklər də öz əksini tapıb.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyev mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
""Media haqqında" Qanun Azərbaycanda ilk təcrübədir. "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun müstəqillikdən bir neçə il sonra qəbul olundu, amma yeni media seqmentlərinin yaranması ilə əlaqədar sözügedən qanunda dəyişikliklərə tələbat yarandı. Bu baxımdan Medianın İnkişafı Agentliyinin yeni qanunu qəbul etməsi yaxşı oldu.
Qanun bir neçə ildir ki, fəaliyyətdədir. Onun fəaliyyət göstərdiyi müddətdə praktikada müəyyən məsələlər meydana çıxdı. Bu məsələlər praktik yenilənmələrə və dəyişikliklərə uyğun olaraq "Media haqqında" Qanunda təkmilləşdirilməyə ehtiyac hiss olunduğunu təsdiq etdi. Bu cəhətdən xarici media orqanları ilə bağlı həmin qanunda dəyişikliyin edilməsi zəruri idi".
Aydın Quliyev praktikada bir neçə ay əvvəl "Sputnik Azərbaycan" və digər media orqanları ilə bağlı müəyyən spesifik vəziyyətlərin müşahidə edildiyinə də diqqət çəkib:
"Bu cür spesifik vəziyyətlərin qanuni yolla tənzimlənməsi üçün bizim qanunvericilikdə dəyişikliklər aparmağa ehtiyac var idi. "Media haqqında" Qanunda həyata keçirilən dəyişiklik xarici media orqanlarının da Azərbaycanda media reyesterindən keçməsini zəruri bir prosedura çevirir. Bu eyni zamanda həm informasiya məkanının tənzimlənməsi üçün şərait yaradır, informasiya məkanında xaosun yaranmasına imkan vermir, həm də Azərbaycan üçün informasiya məkanının daha təhlükəsiz vəziyyətinə təminat yaradır".
Baş yazar sonda bu dəyişiklərin edilməsinin vacib olduğunu bir daha vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı yaxınlığında neft tankeri vurulub
21:22 07.07.2026
Dünya
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
21:11 07.07.2026
Dünya
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm