Azər Həsrət: “Şok, dəhşət” kimi başlıqlar jurnalistikanı gözdən salır
06:34 05.08.2025
Media
781
“Jurnalistika manipulyasiya vasitəsi deyil”
Medianın İnkişafı Agentliyi bir sıra media orqanlarına xəbərdarlıq edib. Qeyd olunub ki, son dövrlər "news24.az" veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinir. Sözügedən media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd edir.
Müvafiq veb-sayt dərc etdiyi "çörək bahalaşdı" sərlövhəli xəbərində, əslində, qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən "dollar kəskin bahalaşdı" başlıqlı xəbər də bu qəbildəndir. Agentlik xatırladıb ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir: "Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək "Redaksiya siyasəti və peşə etikası qaydaları"nın kobud şəkildə pozulmasıdır. Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik.
Media eksperti Azər Həsrət Sherg.az-a açıqlamasında deyib ki, jurnalistika yanıldıcı, aldadıcı olmamalıdır. Ekspertin sözlərinə görə, xüsusən başlıqlar aldadıcı olmamalıdır:
"Ümumiyyətlə, jurnalist materialının başlığı qızışdırıcı tonda, aldadıcı tərzdə, ictimai rəyi çaşdırıcı formada olmamalıdır. Təəssüf ki, Azərbaycanda bir sıra media qurumları bunun üzərində İP yığmaqla məşğuldur. Medianın İnkişafı Agentliyinin bu xəbərdarlığı tam yerinə düşür. Hətta deyərdim ki, gecikmiş xəbərdarlıqdır. Şəxsən özüm dəfələrlə kifayət qədər böyük tədbirlərdə, Agentliyin və Mətbuat Şurasının təmsilçilərinin olduğu iclaslarda, efirlərdə çıxışlarımda bu məsələyə diqqət yönəltmişəm. Başlıqlarda "şok", "dəhşət" ifadələrinin işlənməsi yaxşı hal deyil. Bəzən elə başlıq qoyulur ki, yazının içində başlıqda əks olunan məsələ ümumiyyətlə yoxdur. Bu, jurnalistika deyil axı. Bu, sadəcə olaraq manipulyasiya cəhdləridir".
A.Həsrət vurğulayıb ki, Medianın İnkişafı Agentliyi yanaşmasını məhz bunun üzərində qurub:
"Mən bunu təqdir edirəm, çünki mediada manipulyasiya yolverilməzdir. Əgər ciddi jurnalistika istəyiriksə, manipulyasiyadan imtina etməliyik. Bizə keyfiyyətli jurnalistika lazımdır. Azərbaycan artıq fərqli bir mərhələyə gəlib çıxıb. Üstəlik, dövlətin mediaya dəstəyi var. Medianın həqiqətən də keyfiyyətli, yüksək səviyyədə fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Belə şəraitdə hansısa saytın manipulyasiya ilə məşğul olması yolverilməzdir. Kim keyfiyyətli jurnalistikada yarışmaq istəyindədirsə, önə çıxsın. Biz o adamların arxasındayıq. Manipulyasiya ilə məşğul olan, ictimai rəyi çaşdıran, aldadan, yanlış istiqamətə aparan jurnalistika ilə barışmayacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya
Elvin Cəfərquliyev milliyə çağırıldı
14:31 23.05.2026
Futbol
Qazaxıstan nümayəndə heyəti ölkəmizə səfər edib
14:29 23.05.2026
Gündəm
Özgür Özel CHP Qrup sədri seçildi
14:24 23.05.2026
Gündəm