Azərbaycan nümayəndə heyəti Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir
Yusif Nəzərli
08:09 06.09.2025
Media
727
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Medianın İnkişafı Agentliyinin nümayəndələrindən ibarət heyət Çinin Yunnan əyalətində keçirilən Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumunda iştirak edir.
Agentlikdən Sherg.az-a verilən xəbərə görə, 6 sentyabr 2025-ci il tarixində açılış mərasimi baş tutan tədbirdə 110 ölkədən 260-dan çox qurumu təmsil edən təxminən 500 nümayəndə, o cümlədən beynəlxalq və regional təşkilatların təmsilçiləri yer alıb. Media, beyin mərkəzləri, dövlət qurumları, biznes sektoru və akademik müəssisələrin nümayəndələrini bir araya gətirən Forum sülh üzrə konsensusun qurulması, inkişafın təşviqedici amillərinin müəyyənləşdirilməsi, yeni əməkdaşlıq yollarının araşdırılması və sivilizasiyalar arasında dialoqun inkişaf etdirilməsi sahəsində dərin müzakirələrin aparılması üçün imkan yaradır.
Forum çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyinin prezidenti Fu Hua arasında imzalanmış “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Çin Xalq Respublikasının Sinxua Xəbər Agentliyi arasında media sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun mübadiləsi mərasimi də həyata keçirilib.
Qeyd edək ki, Forum plenar sessiya, 4-cü Yunnan Beynəlxalq Kommunikasiya Forumu, Süni İntellekt Texnologiyası və Media Forumu, Qlobal Cənub Beyin Mərkəzləri Forumu, Qlobal Cənub Gənclər Dialoqu və Qlobal Cənub Dünya İrsi Forumu kimi əsas tədbirləri də əhatə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm
Tramp: Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir
17:39 07.07.2026
Gündəm