Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan” qəzeti redaksiyasına, “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması müəyyənləşib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.