Azərbaycanda dövlət qurumlarının çap mediası təsis etməsi qadağan olunur
Yusif Nəzərli
07:56 10.12.2021
Media
605
Azərbaycanda çap mediası subyektinə dair tələblər müəyyənləşib.
Bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
Siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Milli Məclis, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.
Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrlər sayılır.
Qəzetlər aşağıdakı dövriliklə çap olunur:
1. həftəlik qəzet – həftədə azı 1 (bir) dəfə;
2. günaşırı qəzet – həftədə azı 3 (üç) dəfə;
3. gündəlik qəzet – həftədə azı 5 (beş) dəfə.
Məzmununa görə qəzetlər aşağıdakı kimi qruplaşdırılır:
1. ictimai-siyasi qəzet – məzmununun azı 75 (yetmiş beş) faizi ümumilikdə xəbərlərdən, ictimai, siyasi, sosial və iqtisadi mövzuların işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan qəzet;
2. tematik qəzet – məzmununun azı 75 (yetmiş beş) faizi yalnız bir sahənin işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan qəzet.
Ərazi kateqoriyasına görə qəzetlər aşağıdakı kimi qruplaşdırılır:
1. ümumölkə – bir media subyekti tərəfindən eyni adla çap edilən və Azərbaycan Respublikası ərazisinin azı 70 faizinə yayımlanan qəzet;
2. regional – 1 (bir) media subyekti tərəfindən eyni adla çap edilən və azı 1 (bir) inzibati ərazi vahidinin ərazisinin azı 70 (yetmiş) faizində yayımlanan qəzet.
Aşağıdakı qəzetlər davamlı yayımlanan nəşr hesab olunur:
1. 1 (bir) il ərzində 12 (on iki) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan gündəlik qəzetlər;
2. 1 (bir) il ərzində 9 (doqquz) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan günaşırı qəzetlər;
3. 1 (bir) il ərzində 6 (altı) nömrəyə qədər fasilə vermək hüququ ilə nəşr olunan həftəlik qəzetlər;
İldə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər davamlı yayımlanan dövri nəşr hesab olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə