Baş redaktorlar müzakirələrin nəticəsinə inanır
10:03 19.01.2022
Media
411
Medianın ictimai nəzarət funksiyası gücləndiriləcək
Yanvarın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
“İctimai nəzarətin formalaşmasında medianın rolu”nun müzakirə olunduğu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub, ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın roluna diqqət çəkilib.
Görüşdə müzakirə olunan məsələlərlə bağlı “Şərq”ə açıqlama verən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, ümumilikdə faydalı bir görüş oldu.
“Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində medianın önəminə xüsusi olaraq diqqət çəkməsi prioritet məsələ idi. Bu kontekstdən çıxış edərək medianın qarşısında mühüm vəzifələrin dayandığı qeyd olundu. Medianın önəmli bir ictimai nəzarət mexanizmi kimi fəaliyyətini gücləndirməsi barədə təkliflər səsləndirildi. Bu təkliflərin arasında müvafiq qaydada qanunvericilik aktlarında bundan sonra əlavə və dəyişikliklərin edilməsi ilə bağlı da məqamlar var idi. Eyni zamanda bütövlükdə sektorda maarifləndirmə işinin davam etdirilməsi, ötən il həyata keçirilən layihələrin bu il həm də ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsi də nəzərə alınmaqla həyata keçirilməsi barədə fikirlər irəli sürüldü. Olduqca ətraflı və ümumi işimizə faydalı olacaq bir müzakirə aparıldı”.
Azərbaycan "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər isə bildirib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) media qurumları ilə görüşləri bir ənənəyə çevrilib.
“Bu da həmin görüşlərdən biri idi. Görüşdə həm mətbuatın ümumi problemləri, həm də prezidentin müsahibəsi zamanı səsləndirdiyi fikirlərdən doğan şərtlərlə bağlı müzakirə idi. İctimai nəzarətin formalaşmasında mətbuatın rolu müzakirə olundu. Bir sıra redaktorlarla birlikdə bunun həlli yolları, ictimai sektorda mətbuatın rolu müzakirə olundu. Hesab edirəm ki, kifayət qədər faydalı bir görüş oldu. 3 saata yaxın keçirilən görüşdə iştirakçılar sona qədər iştirak etdi və hər kəsin fikirləri sona qədər dinlənildi. Bu görüşlər digər media subyektlərinin rəhbərləri ilə də davam edəcək. Pandemiya şərtləri və yer məhdudiyyətindən dolayı hissə-hissə dəvət olunur.
Hesab edirik ki, Azərbaycan mətbuatı iqtisadi cəhətdən müstəqil olarsa xalq güclənər, prezidentin istədiyi şəkildə ictimai nəzarət imkanları daha da artar. Başqa bir müzakirə mövzusu isə ictimai şuralar idi. Onların funksiyasızlığı, məmurlardan asılılığı fəaliyyətlərinin ictimai nəzarət üçün yetərli olmadığını ortaya qoyur.
Medianın bu məsələdə güclənməsi, iqtisadi azadlıqla bağlı təkliflər, ictimai şuralardakı neqativ halların ortadan qaldırılması ilə bağlı məsələləri müzakirə etdik”.
Görüşün iştirakçılarından olan “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal qeyd etdi ki, dövlət qurumları, yerli və mərkəzi icra hakimiyyəti orqanları üzərində ictimai nəzarətin həyata keçirilməsi və bu məsələdə medianın rolu son günlər geniş müzakirə mövzusudur:
“Bu baxımdan MEDİA-nın təşkil etdiyi müzakirələrdə də həmkarlarımız bu məsələlərin daha da irəliyə aparılması, ictimai nəzarətin daha da artırılması və medianın bu işdəki rolu ilə bağlı müxtəlif fikirlər səsləndirdilər. Hazırda bu sahədə çoxsaylı media subyektləri var. Bunların içərisində də ciddi media ilə yanaşı reket mətbuatı adlandırdığımız nümunələr də olduğundan dolayı ictimai nəzarəti necə həyata keçirmək məsələsi bir az qeyri-müəyyəndir. Hazırda qanunla ictimai nəzarət "İctimai İştirakçılıq haqqında" Azərbaycan respublikasının qanununa əsasən həyata keçirilir. Burada konkret qeyd olunub ki, ictimai nəzarəti həyata keçirən qurumlar Qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri və vətəndaşların təşəbbüs qrupları ola bilər. Yaxşı olardı ki, media təmsilçiləri, redaktorlar ictimai şuralara keçirilən növbəti seçkilər zamanı öz namizədliklərini irəli sürsünlər. Bu zaman artıq xaotik şəkildə deyil, sistemli formada institutlaşmış funksiyanı həyata keçirər. Bu şuralar vasitəsilə ictimai nəzarəti daha effektiv şəkildə həyata keçirə bilərlər”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur