Bir radio və bir televiziya kanalının yayım tezlikləri dəyişdirildi - FOTO
Yusif Nəzərli
15:40 12.11.2021
Media
865
Noyabrın 12-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.
Şuradan verilən məluamat görə, iclasda bir sıra məsələlər müzakirə olunub və qərarlar qəbul edilib.
“Antenn Müstəqil Teleradio Kompaniyası”nın müraciəti əsasında “Radio Antenn”in proqramlarının Bakı şəhəri və Abşeron yarımadasındakı yayım tezliyinin dəyişdirilməsi məsələsinə baxılıb. Şuranın texniki nəzarət şöbəsinin, Dövlət Radiotezliklər İdarəsinin və “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio”) apardığı birgə monitorinqlərin nəticəsində “Radio Antenn”in Bakı şəhəri və Abşeronda yarımadası ərazisində yayım tezliyinin 22 noyabr 2021-ci il tarixdən etibarən 101.0 MHs-dən 101.1 MHs-ə dəyişdirilməsi məqsədəmüvafiq hesab olunub və bu barədə Şura üzvləri tərəfindən qərar qəbul olunub.
İclas zamanı “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin (“Teleradio”) ölkə üzrə açıq televiziya paketinin (sosial paketin) Lənkəran Radio Televiziya Yayım Stansiyasından 53-cü TV yayım kanalında həyata keçirilən yayımın 37-ci TV yayım kanalına keçirilməsi ilə bağlı müraciətinə baxılıb və bununla bağlı qəraq qəbul olunub.
İclasda, həmçinin, kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.
Şuranın müvafiq qərarları ilə “Azəri Global Servis” QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, “Sevenline” MMC-nə və “İTTNET” MMC-nə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilib.
Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub.
Bildirilib ki, Şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin Şuraya təqdim olunması təmin olunmuşdur. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilib, “Şam” MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilib və müvafiq rayon məhkəməsinə göndərilib.
İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunub və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasını Qanununun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına (“Digicom” MMC, “Mobil Yayım Sistemləri” MMC, “Pluton Satellite” MMC, “Caspel” MMC, “Avir TV” MMC, “MNS Service” MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya