Bu gün Türkiyədə Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunun "Ortaq Gələcək Qurulmasında Türk Mediası" paneli keçirilir.
Teleqraf-ın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bir neçə ölkədən rəsmi şəxslər çıxış edəcəklər.
Daha sonra Etibarlı Məlumat Axtarışında Yeni Nəsil Jurnalistika Təcrübələri və Təsdiq Reflekslərinin Təqdimatı baş tutacaq.
Paneldə APA İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr və Təhlil şöbəsinin müdiri Faiq Mahmudov, Qazaxıstan telekanalının direktoru Bolat Mürsəlim, Qırğızıstanın MediaHub Redaksiyasından jurnalist Akzhol İslamova, Özbəkistan Respublikasının “Aloqabank”ın prezidenti, dil, mənəvi və maarif məsələləri üzrə dövlət müşaviri Xamza Djumaev, Yaxın Şərq Universitetinin prorektoru Murat Tüzünkan, Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Direktorlar Şurasının üzvü Cavid Vəliyev iştirak edirlər.
Qeyd edək ki, forum 18-19 dekabr tarixlərində Ankarada keçirilir.