Əliyev: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
Yusif Nəzərli
16:23 19.07.2025
Media
316
Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm.
Sherg.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə “APA Media Qrup"un baş direktoru Vüsalə Mahirqızının Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Dövlət başçısı Azərbaycan mediasının inkişafının onu çox sevindirdiyini deyib: “Mən çox şadam ki, bizim mediamız bu gün nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir: “Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə, faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin nə dərəcədə Azərbaycanın rəsmi mövqeyinə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib”.
Dövlət başçısı media dedikdə ilk növbədə jurnalistləri nəzərdə tutduğunu söyləyib: “Çünki medianı nüfuzlu edən məhz əməkdaşlar, sizin kimi insanlardır, həmkarlarınızdır. Mən sözün əsl mənasında sevinirəm. Sizə yeni uğurlar arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı yaxınlığında neft tankeri vurulub
21:22 07.07.2026
Dünya
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
21:11 07.07.2026
Dünya
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm