"Görüşdən çox razı qaldıq"
Yusif Nəzərli
04:30 05.03.2022
Media
523
Xanhüseyn Əliyev: "Çap mediasının yayımı ilə bağlı bütün problemlərimizi, təkliflərimizi səsləndirdik
"Qəzetləri insanlar arasında yaymaq, oxuculara çatdırmaq üçün yayım şirkətlərinin fəaliyyəti zəruridir. Agentlik bunu gözəl başa düşür"
Mart ayının 3-də Medianın İnkişafı Agentliyində çap mediası məhsullarının yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib. Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, görüşün əsas məqsədi çap mediası məhsullarının yayım sahəsindəki mövcud vəziyyətinin təhlili, yayım prosesinin səmərəliliyinin artırılmasıdır. Həmçinin, bu sahəyə dair mövcud normativ hüquqi aktların müddəalarının şərh edilməsidir. Görüşdə Bakı şəhəri ilə yanaşı rayonlarda da yayım işinin təkmilləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. Sonda görüş iştirakçılarının çap mediası məhsullarının abunə və satışının daha səmərəli təşkili istiqamətində təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşlə bağlı “Şərq”ə danışan “Qaya” mətbuat yayımı firmasının sədri Xanhüseyn Əliyev deyib ki, bu, MEDİA ilə yayım şirkətlərinin rəhbərləri arasında ilk görüş idi. Onun sözlərinə görə, müzakirələr səmərəli keçib:
“Görüş yüksək səviyyədə təşkil olunmuşdu. Təxminən 2,5 saat ərzində müzakirələr apardıq. Halbuki, görüş 1 saat planlaşdırılmışdı. Yayımla bağlı bütün problemləri, çatışmazlıqları dilə gətirdik, təkliflərimiz dinlənildi. Yayım firması mətbuatın önəmli tərkib hissəsidir, bir-biri ilə bağlı sahələrdir. Biri olmasa, digəri də olmayacaq. Nəşr olunan qəzetləri insanlar arasında yaymaq, oxuculara çatdırmaq üçün yayım şirkətlərinin fəaliyyəti zəruridir. Agentlik bunu gözəl başa düşür. Əsas problemlərimizdən biri daşınma xərclərinin artmasıdır. Bu, bizim üçün çətinlik yaradır. Həm də yeganə gəlir mənbəyimiz yerli qəzetlərdəndir. Xarici qəzetlərin ƏDV-si yüksəkdir. Qəzetlərin regionlara çatdırılması təkcə Bakıda deyil, digər şəhərlərə daşınması məsələsini də gündəmə gətirdik. Daşınması baha başa gəldiyi üçün rayonlara qəzet apara bilmirik. Agentliyin rəhbəri Əhməd İsmayılov daşınma və digər problemlərlə bağlı müvafiq qurumlarla müzakirə aparacağını dedi. Yayım firmalarını narahat edən bir çox məsələ barədə ətraflı danışdıq. Əhməd müəllimdən çox razı qaldıq”.
X.Əliyev vurğulayıb ki, Bakıda qəzet köşklərinin sayı azdır:
“Köşklərin sayını artırmağa ehtiyac var. Təzə köşklərin sayı 240-dır. Bizim isə paytaxtda 13 köşkümüz var. Müzakirə olundu ki, köşklərlə bağlı monitorinq aparılsın və qəzetlərin həmin məntəqələrdə satışı ilə bağlı nəzarət gücləndirilsin.
Görüşlərin davam edəcəyini, hətta növbəti toplantının baş redaktorlar və yayım firmalarının rəhbərləri ilə birlikdə olacağını söylədilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou