
Göstərir Bakı... ! - “Televiziya xalqın mötəbər informasiya mənbəyidir”
Yusif Nəzərli
15:04 14.02.2022
Media
1065
Bu gün Azərbaycanda televiziyanın yaranmasından 66 il ötür. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və çıxışına "Göstərir Bakı" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi göstərilib.
Bu gün Azərbaycan televiziyaları geniş tamaşaçı auditoriyasına malikdir.
Qeyd edək ki, bu gün həm də “Mədəniyyət TV” kanalının yaranma günüdür.2011-ci ilin 14 fevralında saat 21:00-da fəaliyyət başlayan kanalın 11 yaşı tamam olur.

Televiziya işçiləri günü ilə bağlı "Sherg.az"a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli televiziyanın yaranmasını cəmiyyətin həyatında böyük inqilab olduğunu vurğulayıb. Onun vasitəsilə insanların davranışları, dəbləri, şüurları dəyişir:
"Qərb ölkələrində insanların formalaşmasında televiziyanın rolu böyükdür.
Sosial şəbəkələr dağınıq formada insanlara təsir göstərir. Lakin televiziya nizamlı şəkildə edir. Avropalılar arasında keçirilən sorğuya əsasən 70 faiz insan düzgün informasiyanı televiziyadan alır. Azərbaycanda da televiziya xalqın mötəbər informasiya mənbəyidir. Vətən müharibəsi bunun sübutudur.
Televiziyanın özünə tənqidi yanaşması mühümdür. Onun əsas rolu maarrifçilik olmalıdır. Lakin bu gün televiziyalarda aydınlanma azalıb.
Çünki maarrifləndirici proqramlar televiziyaya pul gətirmir. İnsanları informasiya ilə təmin etməyin ən maraqlı üsulu əyləncəylə informasiyanı birləşdirməkdir. İnsanların televiziyadan əsas gözləntiləri informasiya, əyləncə, estetik zövqdür".
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur