İcraçı direktor: Azərbaycanda geo-termal resursların tədqiqinə ehtiyac var

Azərbaycanda dekarbonizasiya üçün əlverişli şərait var.
Sherg.az  xəbər verir ki, “Schlumberger” şirkətinin icraçı direktoru Codi Vud “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirin ikinci günündəki çıxışında deyib.

“Bizim şirkətimizin dünyanın bir sıra bölgələrində dekarbonizasiya layihələri var. Biz öz texnologiyamızı Azərbaycanda da tətbiq edə bilərik. Burada yeraltı geo-termal resursların araşdırılması üçün tədqiqata ehtiyac var”, - Codi Vud bildirib.