İcraçı direktor:""Media haqqında” qanun layihəsi yekunlaşmaq üzrədir"
Yusif Nəzərli
09:49 12.10.2021
Media
433
“Yeni hazırlanan “Media haqqında” qanun layihəsi yekunlaşmaq üzrədir”.
"Sherg.az" xəbər verir ki, bunu “Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda keçirilən onlayn tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, layihə yekunlaşmalıdır ki, onu müzakirəyə çıxarmaq mümkün olsun:
“Ola bilsin hansısa maddələrə dəyişiklik olsun. Layihə yekunlaşdıqdan sonra aidiyyəti üzrə təqdim ediləcək”.
O qeyd edib ki, doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir: “Jurnalistika etikası pozulanda cəmiyyətin normal informasiya alması da pozulur və mediaya inam azalır. Jurnalistika prinsiplərinə əməl etməklə ənənəvi, peşəkar mediaya olan etimadı geri qaytara bilərik.
İnformasiyanın düzgün mənbəyi biz və mediadır. 44 günlük müharibə zamanı böyük qələbə əldə etmişik, bu baxımdan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün mediamız var gücü ilə çalışır. Jurnalist etikasını itirsək, bu, geri dönməyən yol olacaq. Bunun da cəmiyyət və dövlət üçün heç bir faydası olmaz.
Bu məsuliyyəti hiss etməliyik. Bu zaman media olaraq kommunikasiya funksiyamızı yerinə yetirə bilmərik.
Doğru, düzgün informasiya vermək jurnalistin özünü və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə onun gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm