"Jurnalistə veriləcək ən böyük mükafat yüksək əməkhaqqı olmalıdır"
Yusif Nəzərli
20:14 29.12.2021
Media
559
Seymur Verdizadə: "Bunun üçün reklam bazarını canlandırmaq, redaksiyaların gəlirini artırmaq lazımdır"
"Jurnalistə hansısa güzəştin edilməsindən qorxmaq lazım deyil. Əsas odur ki, bu güzəştlər şəffaf olsun"
Media subyektləri və jurnalistlərə veriləcək imtiyazlar paketi ilə bağlı müzakirələr gedir. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, sual doğuran məsələ güzəştlərin nə qədər adama şamil ediləcəyi ilə bağlıdır. Əhməd İsmayılovun sözlərinə görə, qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq.
Xatırladaq ki, qanun layihəsində Reyestrə daxil edildikdən sonra müvafiq vəsiqəni alan jurnalistlər üçün bir neçə imtiyaz da nəzərdə tutulur. Bu vəsiqələri alan jurnalistlər dövlət orqanları, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq imtiyazı qazanacaq. Həmçinin, jurnalistlər öz fəaliyyətini icra edərkən dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olacaq.
Media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı da nəzərdə tutulur. İndiyədək bir sıra sahədə çalışan şəxslər üçün güzəştli kreditlər nəzərdə tutulsa da, jurnalistlər daim bu məsələdən kənarda qalıb. Yeni qanunla jurnalistlərin maliyyə xarakterli güzəşt və imtiyazlardan istifadəsi mümkün hala gələcək.
Media nümayəndələri üçün nəzərdə tutulan güzəştlər haqqında fikirlərini “Şərq”lə bölüşən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, “yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib ki, jurnalistlərə sosial güzəştlərin edilməsi ilə bağlı təkliflər həmişə mübahisələrə səbəb olub.
JAM sədrinin sözlərinə görə, bunu ələbaxımlılıq kimi qiymətləndirənlər də var: “Mən bu fikirdəyəm ki, jurnalistlərə veriləcək ən böyük mükafat yüksək əmək haqqı olmalıdır. Jurnalist yaxşı maaş almalı, əli onun-bunun cibində olmamalıdır.
Bunun üçün reklam bazarını canlandırmaq, redaksiyaların gəlirini artırmaq lazımdır. Təəssüf ki, qısa zamanda buna nail olmaq mümkün deyil. Reallıq isə odur ki, jurnalistlərin sosial dəstəyə ehtiyacı var. Bir anlığa təsəvvür edək ki, dövlət Bayılda jurnalistlərin yaşadığı iki binanı tikməyib. Bu o deməkdir ki, yaşlı-başlı, təcrübəli media nümayəndələrinin əksəriyyəti hələ də evsiz qalacaqdı. Əgər jurnalist öz maaşı ilə ev ala bilmirsə, dövlətin uzatdığı əli geri itələməməlidir”.
S.Verdizadə təəssüflə qeyd edib ki, üç evi, iki bağı olan adamlar jurnalist etikasından daha çox danışırlar:
“Adamdan soruşarlar ki, sən o evləri, bağları hansı pulla almısan? Hansısa oliqarxdan almısan, üstəlik gizlin almısan. Jurnalist isə dövlətdən alıb, həm də aşkar alıb. Dünyanın əksər ölkələrində jurnalistlər üçün müəyyən güzəştlər nəzərdə tutulub. Türkiyədə, Avropa ölkələrində də bu cür tendensiya var. Jurnalistə hansısa güzəştin edilməsindən qorxmaq lazım deyil. Əsas odur ki, bu güzəştlər şəffaf olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya