Jurnalistlər "Lider"in bağlanmasından danışdılar
Yusif Sultanoğlu
09:59 01.06.2021
Media
908
Vüsal Məmmədov: "Lider"in haqqında rəhmətə getmiş şəxs kimi keçmiş zamanda danışmaq istəmirəm"
Şahin Əliyev: "Bəlkə də ən düzgün olanı elə budur"
Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider" TV-nin lisenziyası ilə bağlı qərar verib. Qərar MTRŞ-nin mayın 24-də keçirilən iclasında elan olunub.
Qərara əsasən"Lider" TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider" TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilib və "Lider" TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılır.
Xatırladaq ki, "Lider TV 1 sentyabr 2000-ci ildə fəaliyyətə başlayıb. İyirmi bir illik tarixi olan bu telekanal hər kəsin yaddaşında fərqli qalacaq.
Məsələn, bir az keçmişə getsək, görərik ki, “Klon”, “Qızıl gül və tikan” və sair kimi serialları məhz "Lider" TV-də izləmişik. Yaxud da telekanal İngiltərə Premyer Liqasının, Fransa Liqa 1-in, UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının, UEFA Superkubokunun, 2004, 2008-ci illərin Olimpiya oyunlarının, FIFA 2006 və FIFA 2010 Kuboklarının oyunlarını canlı yayımlayıb. Bunun kimi insanlara “Lider”i xatırladacaq neçə-neçə işlər var.
Şübhəsiz ki, “Lider”in şinelindən çıxanlar üçün telekanalın yeri də, xatirəsi də daha əzizdir.
“Şərq”lə həmsöhbət olan Əməkdar jurnalist, “AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədov da əvvəllər "Lider" TV-də çalışıb. O, “Lider”in öz xarakterinin olduğunu söyləyib:
“Siyasi mövqeyi, birmənalı siyasi xətti var idi. Sona kimi o xəttə sadiq qaldı. Mövqeyində kifayət qədər sərt və lazım gələrsə, "dişli" ola bilirdi. Jurnalistin dövlətçilik tərbiyəsi baxımından güclü məktəb idi. Bəlkə də çoxumuz başa düşmürük, amma bu, çox ciddi məsələdir. "Lider"in haqqında rəhmətə getmiş şəxs kimi keçmiş zamanda danışmaq istəmirəm. Amma düşünürəm ki, onun meydandan çıxması müəyyən müddətdən sonra öz mənfi təsirini göstərəcək”.
Həmkarımız Şahin Əliyev isə bir vaxt əməkdaşı olduğu "Lider" TV-nin bağlanması haqda bunları deyib:
“Mənim gözəl xatirələrim var, amma "Lider"in indiki halına yalnız acımaq olar. Bəlkə də ən düzgün olanı elə budur. Təbii ki, təəssüflənirəm, həm də anlayışla qəbul edirəm”.
Gülə-gülə, uşaqlığımızın “Lider”i...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə