Jurnalistlərə jest: Milli Mətbuat günü ilə bağlı üç gün pulsuz müayinə keçiriləcək
Nihat Müzəffər
13:07 18.07.2019
Media
1367
Milli Mətbuatın 144-cü ildönümü ilə bağlı Apifioterapiya Mərkəzi ilə Parlament Jurnalistlər Birliyi birgə layihə həyata keçirəcək. Bu barədə məlumatı Apifioterapiya Mərkəzinin rəhbəri Elnur Eldaroğlu verib. O, qeyd edib ki, indiki zamanda xəstəliklər gəncləşdiyi kimi, artmaqda da davam edir. “Belə hallarda kəskin xəstəliklər xronikiləşir və xroniki proseslərin müalicəsi uzun zaman aldığına görə xəstəlik sona qədər müalicə olunmaya bilir. Xroniki xəstəliklərin müalicəsində bütün dünayada təbii üsullara üz tutulur (apiterapiya, fitoterapiya, fizioterapiya, akupunktur, hirudoterapiya, küpə terapiya, metabolik korreksiya və s.) və bu prosedurlarla həmçinin profilaktik tədbirlər həyata keçirilir ki, əsas məqsəd xəstələnməməkdir”.O, qeyd edib ki, təbii üsullar mərkəzi olan Apifioterapiya mərkəzi silsilə şəklində insanların sağlamlığının keşiyində durur: “Mən fitoterapevtəm. Və mənim təşəbbüsümlə 22 iyul Milli Mətbuat günü münasibətilə bütün KİV-lərə ödənişsiz ilkin terapevtik müayinəyə hazıram”. E.Eldaroğlu bu aksiyada hansı xəstəliklərdən əziyyət çəkənlərin yararlana biləcəyi məsələsinə də aydınlıq gətirib: “Qaraciyər (hepatitlər, qaraciyərin piy distrofiyası,), öd kisəsi (öd daşı, xolesistitlər) və mədəaltı vəzin kəskin və xroniki xəstəlikləri, qəbizlik və qıcqırma kimi mədə-bağırsağın iltihabi (qastritlər, mədə xoras, reflüks-ezofagit, kolitlər) xəstəlikləri, qurd xəstəlikləri, kəskin və xroniki bronxitlər, eləcə də allergik (astmatik) bronxitlər, revmatoloji xəstəliklər, xüsusilə artritlərdən əziyyət çəkənlər müraciət edə bilər”. Qeyd edək ki, aksiya 24-26 iyul 2019-cu il tarixlərində, Bakı şəhəri, Yasamal rayon. ATV kanalı ilə üz-üz ünvanda baş tutacaq. Müraciət üçün əlaqə: Apifioterapiya mərkəzi. 0703330020.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm