MEDİA “E-KÖŞK” layihəsini təqdim etdi - FOTOLAR
Yusif Nəzərli
10:57 05.05.2022
Media
647
5 may tarixində Medianın İnkişafı Agentliyində “E-KÖŞK” qəzet və jurnalların elektron yayım platformasının təqdimatı olub.
"Sherg.az" xəbər verir ki, çap mediası subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi və digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyaların nəzərə alınaraq hazırlanan “E-köşk” portalı rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi platformadır.
Vurğulanıb ki, plaformanın ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan etməsi, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmayaraq asanlıqla əldə edə bilmək imkanı yaratması nəzərdə tutulur. Qeyd olunub ki, “E-köşk” portalı vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daima xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana biləcəklər.
Baş redaktorlar bu platformanın ənənəvi çap mediasının rəqəmsal mühitə uyğunlaşması, iqtisadi dayanıqlılığının artırılması və informasiya cəmiyyətinə keçidin sürətləndirilməsi istiqamətində innovativ addım olduğunu qeyd ediblər. Sonra layihə ətrafında səsləndirilən təkliflər nəzərə alınmaqla, “E- köşk” layihəsinin yekun variantının hazırlanaraq ictimaiyyətə təqdim olunması ilə bağlı qərar qəbul olunub.
Tədbirdə həmçinin Medianın İnkişafı Agentliyi tərəfindən media subyektləri üçün hazırlanan “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı müzakirələr keçirilib. Bildirilib ki, hazırda media subyektlərində həmin nümunəvi formaya əsasən, müzakirələr aparılır və media subyektlərinin özləri tərəfindən onların təkmilləşdirilməsi və hər bir media subyektinin özünə uyğun redaksiya siyasəti çərçivəsində həmin peşə etikası qaydalarının təsdiq olunması prosesinə başlanıb. Qeyd olunub ki, bu qaydaların tətbiq olunması, hər bir media subyektində müəlliflik hüquqlarının qorunmasına və ümumilikdə media sahəsində peşə etikasına ciddi riayət olunması prosesinə təkan verəcək.
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial