“Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda onlayn konfrans...
Yusif Nəzərli
12:44 12.10.2021
Media
895
12 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində “Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda Zoom platforması üzərindən onlayn konfrans keçirilib.
"Sherg.az" xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov konfransın Azərbaycanın bütün media subyektlərini əhatə etdiyini, o cümlədən region mediasının da prosesə cəlb olunduğunu bildirib. O qeyd edib ki, doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir. Əhməd İsmayılov vurğulayıb ki, düzgün informasiya vermək jurnalistin özünün və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə onun gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər.
Konfransda çıxış edən Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov diqqətə çatdırıb ki, media etikası - jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır, jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir.
Sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Beynəlxalq jurnalistikada peşə etikası” mövzusunda təqdimatla çıxış edib.
MTRŞ-nin Aparat rəhbəri Fazil Novruzov jurnalistlərin qarşılıqlı etik davranış qaydalarına riayət etməsinin vacibliyini vurğulayıb. MEDİA Agentliyinin media savadlılığı sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub.
“Kür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Əminə Yusifqızı media etikasının- milli mənəvi dəyərlərin tərkib hissəsi olduğunu deyib.
MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist işinə hörmətlə yanaşmalı, təmsil etdiyi orqanı təhlükə qarşısında qoymamalı, etik normaları gözləməlidir.
Onlayn konfrans geniş müzakirələrlə davam edib, bir sıra təkliflər dinlənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya