“Media haqqında” qanun təsdiqləndi! – “Milli informasiya mühiti sağlamlaşacaq”
Yusif Nəzərli
10:25 09.02.2022
Media
751
Prezident İlham Əliyev “Media haqqında” qanunu təsdiqləyib. Sənəd media sahəsində fəaliyyətin təşkilatı, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.
Yeni qanunun vəd etdiyi perspektivlər barədə "Sherg.az"a danışan “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri, “Rupor.az” saytının baş redaktoru Ceyhun Musaoğlu bildirib ki, bu qanun təsdiq edilməzdən öncə ciddi müzakirələrə səbəb olub:
“Onun formalaşmasında jurnalistikanın bütün təbəqələri iştirak etdi. Bizdə KİV haqqında qanun 18 ildir dəyişmir, əlavə və dəyişikliklər edilmirdi. Görünən o idi ki, jurnalistikanın bu qədər inkişafına baxmayaraq o, donub qalıb.Yeni qanunun qəbuluna böyük zərurət var idi”.
C.Musaoğlunun fikrincə, hər bir ölkənin mətbuatı dünyəvi olduğu qədər də millidir və bu qanun da milli informasiya mühitinin sağlamlaşdırılmasına xidmət edir:
“Bizdə milli informasiya mühitini bir qədər yanlış anlayırdılar. Bu müstəvidə yayılan xəbərlərin də sayı az, milli mətbuat deyilən anlayışsa sıradan çıxmaq üzrə idi. Milli media dövlətin sütunlarından biridir. O ölkənin bu gününü, dünənini unutmağa imkan vermir və onun gələcəyini hazırlayır. Bu mənada milli informasiya mühitin sağlamlaşması üçün yeni qanun önəmlidir”.
Baş yazar “Media haqqında” qanun layihəsinin müsbət tərəflərindən söz açıb:
“Yeni qanun informasiya resurslarının güclənməsi, plüralizmin qorunması, rəqabət mühitinin yaranması, peşəkarlıq meyarlarının müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradır. Bildiyimiz kimi jurnalistika azad sahədir. Ora istənilən şəxs gəlib fəaliyyət göstərə bilər. Amma bu fəaliyyətin hansı səviyyədə olacağı önəmlidir. Bir ara bu sahə genişləndi və kim necə gəldi fəaliyyətə başladı. Yeni qanunsa həm hüquqi,həm mənəvi, həm də peşəkarlıq sərhədlərini müəyyənləşdirir. “Jurnalist necə olmalıdır?” sualına tam şəkildə cavab verilir. Digər tərəfdən jurnalistlərin sosial rifahının yaxşılaşdırılması da ciddi məsələlərdən biri idi. Bu qanun açıq şəkildə onlara güzəştlərdən, imtiyazlardan yararlanmaq imkanı tanıdı”.
C.Musaoğlu yeni qanunda əksini tapan reyestr məsələsinə diqqət çəkib:
“Orda media reyestri ilə bağlı bəndlər var. Onları diqqətlə nəzərdən keçirdikdə məlum olur ki, media reyertrindən keçmək jurnalistlər üçün müsbət olacaq. Ən azından onların konkret sayı bilinəcək. Bu da juranlistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müəyyən işlərin görülməsini asanlaşdıracaq. Media reyestrinə daxil olmamaq heç də jurnalistikadan kənarda qalmaq deyil .Əgər sən qanunun tələblərinə əməl edib, peşəkar jurnalistika ilə məşğul olursansa, jurnalistsən. Bu reyestr sadəcə olaraq jurnalistlərin vəziyyətini müəyyənləşdirəcək”.
Baş yazar hesab edir ki, “Media haqqında” qanun mütərəqqi xarakter daşıyır və orda əks olunan şərtlər jurnalistika mühitinin daha da inkişafına xidmət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur