
MEDİA ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Yusif Nəzərli
10:28 17.03.2022
Media
821
17 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Sherg.az" xəbər verir ki, sənədin imzalanmasında məqsəd ADA Universiteti və MEDİA Agentliyi arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi-praktiki tədbirlərin həyata keçirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, habelə media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsidir.
Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Memoranduma əsasən, tədris ili ərzində istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının keçirilməsi, bununla yanaşı təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi nəzərdə tutulub.
Memorandum çərçivəsində tərəflərin nümayəndələrinin iştirakı ilə birgə layihə və tədqiqatlar həyata keçiriləcək, konfranslar, təlimlər və seminarlar təşkil ediləcək.
Əməkdaşlıq memorandumu tələbələri MEDİA Agentliyinin fəaliyyəti və mövcud olan vəzifələr haqqında məlumatlandırmaq məqsədilə Universitetdə “Karyera günləri”nin keçirilməsini də nəzərdə tutur. Həmçinin tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Agentliyin həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur