"Media və Hüquqi Maarifləndirmə" mövzusunda tədbir keçirilib - FOTOLAR
Yusif Nəzərli
12:40 13.10.2021
Media
869
Oktybarın 13-də Azərbaycanın Baş Prokurorluğu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilib.
"Report"un xəbərinə görə, tədbirdə çıxış edən Baş Prokurorun müavini Heydər Məmmədov və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov mediada yayımlanan informasiyaya dair tələblər, cinayət və ya ictimai maraq kəsb edən hadisələr baş verdikdə jurnalistlərin və media nümayəndələrinin hadisə yerində diqqət yetirməli məqamlar barədə fikirlərini bölüşüb.
Həmçinin çıxışçılar kommunikasiyanın səmərəli təşkili və informasiyanın obyektiv və qərəzsiz çatdırılmasının təmin olunması baxımından belə görüşlərin mütəmadiliyinin əhəmiyyətini vurğulayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə “Prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında mövcud münasibətlər və perspektivlər” mövzusunda çıxış edib.
Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov tərəfindən “Media və Hüquqi Maarifləndirmə” vəsaitinin təqdimatı olub.
Sonra Medianın İnkişafı Agentliyinin Hüquq və insan resurslarının idarə edilməsi departamentinin direktoru Rəqsanə Kərimova “İstintaq prosesinin mediada obyektiv işıqlandırılması və balanslı təqdimatı” mövzusunda çıxış edib.
Tədbir geniş müzakirələrlə davam edib, Prokurorluq orqanları ilə media arasında operativ və səmərəli əməkdaşlığın qurulması, bu məsələdə Medianın İnkişafı Agentliyinin dəstəyi ilə bağlı təkliflər dinlənilib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya