Mediada çalışan texniki işçilər də güzəştli ipotekadan yararlana biləcək? – AÇIQLAMA
Yusif Nəzərli
16:44 11.02.2022
Media
555
Media sahəsində çalışan texniki işçi heyəti hələ ki, güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına daxil edilməyib.
Bunu Medianin İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Trend-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycanda güzəştli ipoteka kreditlərinin verilməsi mexanizmi və prosedurları mövcuddur.
“Digər sahələrdə çalışan vətəndaşlarımza olan tələblər eynilə jurnalistlərimizə də tətbiq olunmağa başlayıb. Yəni biz yeni bir mexanizm yaratmamışıq. Cənab Prezident İlham Əliyevin fərmanı ilə jurnalistlərimizin o siyahıya daxil edilməsi dövlət başçısının jurnalistlərə olan diqqəti idi ki, digər sahələrdə olan mütəxəssislərlə eyni imtiyazlardan istifadə etsinlər.
Texniki işçi heyəti ilə bağlı yanaşma digər sahələrdə də mövcuddur. Gələcəkdə biz bununla bağlı təhlillər aparacağıq və əgər məqsədəmüvafiq olarsa, bununla bağlı işlərin də görülməsi mümkündür. İndiki qanunda isə jurnalist anlayışı verilib, çərçivə müəyyən edilib ki, kimlər jurnalist hesab olunur. Yeni qanun imkan verdi ki, jurnalistlərimiz güzəştli ipoteka alan insanların siyahısına düşsünlər və Prezident tərəfindən də məhz jurnalistlərimiz güzəştli ipotekadan istifadə edən insanların siyahısına daxil edildilər”, - deyə o qeyd edib.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən imzalanan 8 fevral tarixli Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir. Bundan əlavə, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan yararlana biləcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur