
Mediaya 5 illik vergi güzəşti! – “Mətbuat orqanlarının iqtisadi durumu yaxşılaşa bilər”
Yusif Nəzərli
16:05 09.12.2021
Media
967
Qulu Məhərrəmli:“Azad bazar iqtisadiyyatı qurularsa, media qurumları özlərinə iqtisadi müstəqillik təmin edə, iqtisadi bazalarını formalaşdıra bilərlər”
Əflatun Amaşov:“Bu, mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində atılmış addımdır”
9 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Müzakirələr zamanı “Media haqqında” qanun layihəsi, jurnalistlərin sosial müdafiəsinə yönəlmiş tədbirlərin reallaşmasından danışılıb.
Bundan başqa, media subyektləri və jurnalistlərin peşəkarlıq meyarına uyğun fəaliyyət göstərə bilmələrinə diqqət çəkilib. Eyni zamanda mətbuatda hüquqi təminatın yaradılması, media və biznes strukturları arasında platformanın formalaşması və mediaya dəstək layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərə toxunulub.
Görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı yeni layihə tətbiq oluna bilər. Layihə nəticəsində media orqanlarına 5 illik vergi güzəştinin tətbiq edilməsi mümkündür.

Layihə ilə bağlı “Sherg.az”a BDU-nun professoru, media mütəxəssisi Qulu Məhərrəmli bildirib ki, mediada müəyyən problemlər öz aktuallığını hələ də saxlamaqdadır:
“Mediada müəyyən problemlər var. Yayımla bağlı müəyyən çətinliklər mövcuddur. Qəzetlər yayılmır. Reklamla bağlı problem var. Məsələnin həlli azad bazar iqtisadiyyatındadır. Azad bazar iqtisadiyyatı qurularsa, media qurumları özlərinə iqtisadi müstəqillik təmin edə, iqtisadi bazalarını formalaşdıra bilərlər. Bu çox ciddi məsələdir. Bütün hallarda güzəştləri təqdir edirik”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da məsələyə münasibət bildirib:
“Media orqanlarının 5 illik vergidən azad olunması əhəmiyyətli addımdır. Bu layihəyə gəlir vergisi və digər müəyyən vergilərdən azad olunma daxildir. Sözügedın layihə, təklif reallaşarsa, bu, media quruluşlarının maddi durumunu yaxşılaşdıra bilər. Bundan media orqanları strukturları gücləndirmək üçün istifadə edib, əməkdaşlarının əmək haqqını artıra bilərlər. Bu, mətbuatın iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində atılmış addımdır.
Xanlar Əlibəy
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət