Natiq Məmmədli: Azərbaycanla Özbəkistanın media üzrə çox ciddi əlaqələri var
Yusif Nəzərli
07:10 30.09.2025
Media
243
"Azərbaycan və Özbəkistan arasında media sahəsində çox ciddi əlaqələr mövcuddur. Hər iki ölkənin media sahəsində fəaliyyətini əhatə edən yol xəritəmiz var".
Sherg.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli "Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yol xəritəsinə uyğun olaraq artıq bir neçə ildir ki, müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərə forumların təşkili, jurnalistlərin və mətbuat katiblərinin mübadiləsi, müxtəlif səfərlər və konfransların təşkili daxildir”.
“Bu gün keçirilən forum isə Azərbaycan ərazisində baş tutan ikinci Özbəkistan-Azərbaycan Media Forumudur. Birinci forum Özbəkistanda keçirilmişdi. Həmin forumda əsas mövzu dezinformasiyaya qarşı mübarizədə hər iki ölkənin media resurslarının güclərini birləşdirməsi olmuşdur. Bu gün isə həmin mövzu peşəkarlıq müstəvisində rəqəmsal transformasiya və media məsələləri çərçivəsində davam etdiriləcək. İki panel sessiyası nəzərdə tutulub. Hər iki ölkədən ekspertlər və beynəlxalq səviyyəli jurnalistlər forumda iştirak edəcək. Sessiyalarda jurnalistikanın hüquqi mühitdə və rəqəmsal məkanda qarşılaşdığı mühüm məsələlər geniş şəkildə müzakirə olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Xamneyi Maduronun taleyini yaşaya bilər - ŞƏRH
17:19 29.01.2026
Gündəm
Prezident DGK-nin bir qrup əməkdaşını təltif edib - SƏRƏNCAM
17:11 29.01.2026
Gündəm
Ədalət Tahirzadənin yeni kitabı işıq üzü gördü
17:06 29.01.2026
Elm və Təhsil
Yaponlar ABŞ təyyarələrinin səsinə görə təzminat alacaq - 16 milyon
16:42 29.01.2026
Dünya
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil