NONSENS! - “Elə media təsisatları var ki, Ermənistan gündəmindən xəbər daşıyır...”
08:59 20.09.2021
Media
680
“Amma bunun əksi baş verməlidir. Ölkəmizin maraqları və informasiya təhlükəsilziyimiz bunu tələb edir”
“Ermənistanın “Qrapark” qəzetinin, daha sonra isə sözügedən nəşrə istinadən bütün erməni mediasının “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında Rusiyanın paytaxtında aparılan danışıqlar”la bağlı tirajladığı məlumat, əsasən ictimai rəyin öyrənilməsinə xidmət edir”.
Bu sözləri “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, sözügedən məlumatda Ermənistan tərəfinin “artıq başa çatmış danışıqların nəticəsindən çox razı qaldığı” bildirilir. Eyni zamanda vurğulanır ki, “görünür, SSRİ-nin inzibati xəritələri əsasında, “Arsax”ın (ermənilərin kompakt yaşadığı və Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan əraziləri) statusuna toxunulmadan delimitasiya və demarkasiya prosesinin başlanılmasına dair razılıq əldə olunub:
“Rusiya sülhmərmlılarının Azərbaycan ərazilərindəki mövcudluğunu təmin edən 5 illik müddətlə bağlı məhdudiyyət aradan qaldırılıb və sülhməramlı missiyanın “mandatı” qeyri-müəyyən vaxta kimi uzadılıb”. Göründüyü kimi, “ermənilərin razı qaldığı nəticələrə” görə, “status” cəhənnəmin dibindəcə qalır, sərhədlərin delimitasiya və demarkasiya prosesi isə SSRİ-nin xəritələrindəki inzibati ərazi bölgüsünə əsasən aparılır. “Xəbər”in bu hissəsi çox güman ki, Ermənistanın ictimai rəyinin öyrənilməsinə və obyektivlik görüntüsünün yaradılmasına hesablanıb. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində qeyri-müəyyən vaxta qədər qalacaqları barədə razılığın əldə olunması ilə bağlı iddia isə istisnasız olaraq Azərbaycanın ictimai rəyinə ötürülmək üçün düşünülüb. Məqsəd ictimai rəydə çat yaratmaqdan ibarətdir”.
E.Mirzəbəyli, həmçinin yayılan saxta xəbərlərdən söz açdı:
“Məlum “xəbər”də Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən iddialar da dezinformasiya xarakterlidir. Çünki “xəbər”də öncə azərbaycanlıların fərdi qaydada bu yoldan istifadə üçün müəyyən vəsait ödəyəcəkləri qeyd olunduğu halda daha sonra konkret məbləğdən – Azərbaycan tərəfindən hər il Ermənistana ödəniləcək 150 milyon ABŞ dollarından söz açılır. Bu isə Zəngəzur dəhlizindən istifadə ilə bağlı bir-biri ilə ziddiyyət təşkil edən iki fərqli yanaşma olmaqla bərabər açıq-aşkar nəzərə çarpan məntiqsizliyi də ortaya qoyur: Bəlkə, Azərbaycan, ümumiyyətlə, bu dəhlizdən istifadə etməyəcək? Digər tərəfdən, sual olunur, bəs Ermənistan Azərbaycan ərazisindən keçən kommunikasiyalardan istifadəyə görə hər il ölkəmizə nə qədər vəsit ödəyəcək?
Doğrusunu deyim, əsasən dezinformasiya və təbliğat xarakterli tezislərdən ibarət olan materialdan daha çox məni narahat edən, Ermənistanın “beyin mətbəxləri”ndə “bişirilən” bu “xəbər”in Azərbaycan oxucusunun “menyusuna” olduğu kimi, şərh edilmədən təqdim olunmasıdır.
“Xəbər” olduğu kimi Azərbaycan mediasında tirajlanır, bundan bir neçə saat sonra isə, əsasən səthi və tələsik yanaşmalardan ibarət olan şərhlər yayımlanır. Və bununla da mediamızın gündəminin Ermənistan tərəfindən ötürülən dezinformasiyalarla zəbt edilməsinə imkan yaradırıq. Son cümlələrim təkcə “sülh danışıqları” barədə iddiaların əks olunduğu məlum “xəbər”lə bağlı deyil...
Hər gün Ermənistan mediasının gündəmindən Azərbaycanın gündəminə saysız-hesabsız, əksəriyyəti təbliğat, təxribat xarakterli olan “xəbər”, “şərh” daşıyırıq. Çoxsaylı media təsisatları var ki, Ermənistanın gündəmindən xəbər daşımaq üçün, az qala, yarışa çıxıblar. Amma bunun əksi baş verməlidir. Ölkəmizin maraqları və informasiya təhlükəsilziyimiz bunu tələb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Qalibafın paylaşımından sonra neftin qiyməti artıb
23:45 10.04.2026
Region
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm