PA-nın sektor müdiri: Mediada xarici sözlərin yersiz işlədilməsi gənclərin dil mühitinə mənfi təsir edir
11:22 07.11.2025
Media
442
Prezident İlham Əliyevin Azərbaycan dilinin təmizliyi və saflığının, ədəbi dilin qorunub saxlanması ilə bağlı dəyərli fikirləri, habelə 10 il əvvəl qaldırdığı bu məsələyə yenidən diqqət çəkməsi dövlət rəhbərliyinin bu sahəyə nə qədər həssas yanaşdığını və necə önəm verdiyini göstərir. Bu, son 10 ildə görülən bütün işlərə baxmayaraq, vəziyyətin hələ də tam qənaətbəxş olmadığını deməyə əsas verir.
APA xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda deyib.
O bildirib ki, ədəbi dilin qorunması istiqamətdə bir çox vacib addımlar atılıb: “Bu müddət ərzində Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilib. 2002-ci ildə Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanunu qəbul olunub və bununla dilin saflığının qorunması, xarici təsirlərdən mühafizəsi üçün hüquqi çərçivə yaradılıb. Dövlət proqramları və tədbirlər planları çərçivəsində Azərbaycan dilinin düzgün istifadəsinə nəzarət və təşviqlə bağlı müxtəlif qərarlar qəbul olunub. Məktəb və universitetlərdə Azərbaycan dilinin ədəbi normalarının öyrədilməsinə xüsusi diqqət yetirilir”.
Kamran Həsənovun sözlərinə görə, Azərbaycan dilinin beynəlxalq müstəvidə və müxtəlif qlobal platformalarda təbliği yüksək səviyyədə dəstəklənir: “Lakin Azərbaycan dili qloballaşma, texnoloji inkişaf və xarici təsirlər kimi çağırışlarla da üz-üzədir. Qloballaşma günümüzün reallığıdır və digər sahələrdə olduğu kimi dilin özünəməxsusluğunun qorunmasına da təsir göstərir. Düşünürəm ki, qloballaşma ilə dilin saflığının qorunması arasında balans yaratmaq mümkündür. Yeni terminlər dilimizin saflığına zərər də vura bilər, əksinə onu zənginləşdirə də bilər.
Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını pozur, gənclərin dil mühitinə mənfi təsir edir. Buna görə yeni terminlərin dilimizə gətirilməsində, dilimizin zənginliyinin və orijinallığının qorunmasında medianın və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm
Tramp: Ərdoğan İranın nüvə silahına sahib olmasını istəmir
17:39 07.07.2026
Gündəm
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
17:27 07.07.2026
Gündəm
NATO daxilində ciddi etimad böhranı var - Abdullah Ağar
17:14 07.07.2026
Dünya
Qırğızısatnın paytaxtına üçuşlar dayandırılıb
16:54 07.07.2026
Dünya
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
16:43 07.07.2026
Gündəm
Rutte elan etdi: Donanma yaradılır
16:11 07.07.2026
Gündəm