Polisdən mediaya təzyiq edilməsi iddiaları ilə bağlı CAVAB
Yusif Nəzərli
09:42 04.11.2021
Media
919
“Qanunvericilikdə hansısa ünvanda çəkilişlərin, sorğuların aparılması ilə bağlı istisna var. Ancaq ictimai yerlərdə hansısa ünvanda dövlət tədbiri yoxdursa, bununla əlaqədar paytaxtda qonaqlar yoxdursa, DİN əməkdaşları sözügedən ərazidə çəkiliş aparan şəxsin fəaliyyətini məhdudlaşdırmaq istiqamətində tapşırıq almayıbsa, onun fəaliyyəti məhdudlaşdıra bilməz”.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev ictimai yerlərdə, küçə sorğuları zamanı jurnalistlərə polis tərəfindən qoyulan qadağaların mediaya təzyiq kimi qiymətləndirilməsi məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, qanunvericilikdə də bununla bağlı hansısa məqam yoxdur, lakin istisnalar var:
“Problem ondadır ki, sorğu keçirən və ya çəkiliş aparan şəxsə həmin yerlərdə çəkiliş aparılmaması ilə bağlı vəziyyət polis tərəfindən izah olunmayıb. Jurnalistlərə, vətəndaşlara tövsiyə edirik ki, çəkilişlər zamanı onlara məhdudiyyət qoyulması ilə bağlı sual yaranarsa, DİN mətbuat xidmətinə müraciət etsinlər. Gün ərzində ictimai yerlərdə klip, film çəkilişləri, eləcə də müxtəlif mövzularda sosial sorğuların hazırlanması ilə bağlı müraciətlər daxil olur və onların hər birinə baxılır. Təkcə noyabrın 3-də Bakı şəhərində 47 yerdə çəkilişlər aparılır. Bununla bağlı təlimatlar verilib ki, hansı film studiyası harada çəkilişlər aparırsa, onlara köməklik göstərilsin. Lakin vətəndaşların təhlükəsizliyi ilə bağlı elə günlər və elə pik saatlar var ki, həmin zamanlarda çəkilişlər aparıla bilməz. Jurnalistlərin diqqətinə çatdırıram ki, bütün bu nüansları nəzərə alsınlar. Bizim işlərimizin çoxluğundan asılı olmayaraq, sistem elə qurulub ki, daxil olan müraciətlər, zənglər cavabsız qala bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya