Professor kanal rəhbərlərinə yol GÖSTƏRDİ:“Debatda üz-üzə oturub problemi çözmək...”
Yusif Nəzərli
14:30 13.07.2022
Media
634
REAL TV-nin rəhbəri Mirşahin Ağayev də bəzi telekanalları, o cümlədən ATV və ARB-ni tənqid edib. O, özünün "Mir Şahinin vaxtı" verilişində bu telekanalları ictimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərə zərbə vurmaqda günahlandırıb.
“Biz qalib Azərbaycana hələ ki layiq ola bilmirik. Son zamanlar Azərbaycan teleməkanında inkişaf meyilləri var. Təəssüf ki, yerdə qalan bir neçə kanalımız var. Onlar yerdə qalıblar. Ağır da olsa, deməliyəm. Heyif ki, ictimai zövqü korlayırlar. Məndə olan dəqiq məlumatlara görə, bu kanalların rəhbərləri Prezident Administrasiyasına çağırılıb, onlara ən kəskin şəkildə iradlar bildirilib. Hətta bəzi verilişlərin oyunbazlıq məkanına, pul yığımı məntəqəsinə çevrilməsi, sonra da yığılan vəsaitin dəllallar arasında bölünməsi, bununla da bütün ölkə ictimaiyyətini aldatmaq, təhqir etmək kimi halların olduğu sərt şəkildə kanal rəhbərlərinə çatdırılıb. Məndə məsələnin hüquq-mühafizə müstəvisində araşdırma perspektivinin olması barəsində də məlumatlar var. Ona görə də, hörmətli həmkarlar, hər şey pulla ölçülmür. İctimai fikrə, ictimai zövqə, Azərbaycanın mədəni, etik davranış sisteminə, mənəvi dəyərlərimizə zərər, zərbə vurduğunuzun fərqində olun”, - deyə M.Ağayev bildirib.
M.Ağayevin açıqlaması ilə bağlı ATV və ARB telekanalları birgə bəyanat yayıb. Bəyanatda “Səni Axtarıram” və “Bizimləsən” verilişlərindən yığılan vəsaitlərin ədalətlə xərcləndiyi bildirilib.
“Biz keçmişdə telekanallarda, saytlar və sosial şəbəkələrdə əsl məqsədi biznes rəqiblərin gözdən salınması və sıradan çıxarılması olan məlum “media müharibələri” təcrübəsinin yenidən canlandırılması cəhdlərini səmərəsiz hesab edirik”-, bəyanatda qeyd olunub.
Bununla yanaşı, digər diqqətçəkən məqam ATV-nin baş direktoru Azər Xəlilovun paylaşımı olub. A. Xəlilov Mirşahin Ağayevin ATV-ni tənqid etməsinə özünün feysbuk səhifəsində cavab verib.
“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu! Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl tekekanal! Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı!
Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir”.
Teleməkanda baş verən bu son hadisələrə münasibət bildirən tanınmış jurnalist, teletənqidçi, BDU-nun professoru Qulu
Məhərrəmli “Sherg.az”a açıqlmasında bildirib ki, televiziya kanallarının bir-birləri ilə bu cür açıq çarpışması xoşagələn deyil:
“Problemlər ola bilər. Onları sakit, rahat şəkildə həll etmək mümkündür. Amma bu mübahisələrin müsbət tərəfi də ondan ibarətdir ki, televiziyalarda gedən proseslər, narahat məqamlar aşkar görünür. Burada tərəf tutmaq çox çətindir. Çünki hər iki tərəf müəyyən arqumentlərlə danışır. Mən arzulayardım ki, bu konflikt tezliklə sona yetsin, televiziyalar əsas işləri ilə - tamaşaçıları məlumatlandırmaqla, maraqlı və keyfiyyətli verilişlər hazırlamaqla məşğul olsunlar. Tamaşaçıların tələbatına cavab verən, yüksək səviyyəli, reytinqli verilişlərlə ekranlarda görüşək”.
Q.Məhərrəmlinin sözlərinə görə, indiki halda tərəflərdən kimin haqlı, kimin haqsız olduğunu söyləmək çətindir:
“Amma bu vəziyyətdən ən yaxşı çıxış yolu müəyyən debatda üz-üzə oturub bu problemi çözmək və tamaşaçıları da bununla bağlı məlumatlandırmaqdır. Hesab edirəm ki, bütün hallarda televiziyaların ictimai rəyə təsiri var və biz bunu dana bilmərik. Amma gözləntilər daha çoxdur. Bütün televiziya kanalları diqqətlərini həmin gözləntilərin reallaşdırılmasına yönəltməlidir”.
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat