Pulsuz yaşayış və yemək: Pişiklərə baxanlara möhtəşəm FÜRSƏT

Yunanıstanda fəaliyyət göstərən "Syros Cats” təşkilatı maraqlı könüllülük proqramı elan edib.

Sherg.az xəbər verir ki, proqrama qoşulan şəxslər gündə təxminən 5 saat küçə pişiklərinə qulluq etməklə adada pulsuz qalmaq və səhər yeməyindən yararlanmaq imkanı əldə edir.

Könüllülər pişiklərin qidalanması, təmizliyi və ümumi baxımı ilə məşğul olur. Xüsusi təcrübə tələb olunmur, əsas şərt heyvan sevgisi və məsuliyyətli olmaqdır.

Layihəyə böyük maraq səbəbindən 2026-cı il üçün bütün yerlər dolub. Növbəti müraciətlərin 2027-ci il üçün payızda açılacağı gözlənilir.