"QHT.az" saytı 10 yaşında - FOTO
12:45 11.07.2025
Media
487
2015-ci ildə yaradılan "QHT.az" saytı Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini işıqlandırmaq məqsədilə ixtisaslaşmış informasiya platforması kimi fəaliyyət göstərir.
"QHT.az" saytının baş redaktoru Cəsarət Hüseynzadə bildirib ki, saytın əsas məqsədi QHT-lərin fəaliyyətini cəmiyyətə daha dolğun və əlçatan şəkildə təqdim etmək, ictimai sektorda baş verən proseslərdə QHT sədrlərinin və nümayəndələrinin fikirlərinə tribuna yaratmaqdan ibarətdir: "Sayt heç bir qurumun mövqeyini ifadə etmir, tam müstəqil internet portalı olaraq fəaliyyət göstərir. Əsas tərəfdaşlarımız isə elə qeyri-hökumət təşkilatlarının özləridir".
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan QHT.az bu gün ixtisaslaşmış media subyektləri sırasında özünəməxsus yer tutur və geniş oxucu auditoriyasına malikdir: "QHT.az" saytı sosial yönümlü və davamlı bir layihədir. Bu davamlılığın arxasında isə bizimlə çiyin-çiyinə addımlayan QHT-lər dayanır. Onların dəstəyi olmadan bu günə gəlib çıxmaq mümkün olmazdı. Əlbəttə, QHT.az-ı daha çoxfunksiyalı və çoxşaxəli media platformasına çevirmək mümkündür, lakin bunun üçün daha geniş resurslara ehtiyac var. Biz isə məhdud imkanlarla maksimum nəticələr əldə etmişik".
C.Hüseynzadə əlavə edib ki, saytın fəaliyyəti dövründə onlarla yeni yaranan QHT-nin cəmiyyətə tanıdılmasına və fəaliyyətlərinin geniş auditoriyaya çatdırılmasına dəstək verilib: “Bu gün bir çox QHT-lərin uğurlarını görəndə, onların ilk addımlarında bizimlə birgə yol getdiyini xatırlamaq böyük qürur hissi yaradır. QHT.az sadəcə bir media vasitəsi deyil, həm də həmrəylik və inkişaf mərkəzidir.”
“Bu gün artıq QHT.az ətrafında bir ailə formalaşıb. Onlarla QHT bu platformanı sadəcə xəbər yayım vasitəsi kimi deyil, eyni zamanda öz təşəbbüslərini reallaşdırdıqları bir məkan kimi görür. Bu isə bizim üçün ən böyük uğurdur".
C.Hüseynzadə qeyd edib ki, "QHT.az"ın adının müxtəlif yerlərdə çəkildiyini tez-tez eşidir: "İşimizi bəyənərək dəyərləndirən hər kəsə təşəkkürümüzü bildiririk".
Qeyd edək ki, QHT.az saytı 2018-ci ildən Mətbuat Şurasının üzvüdür və 18 yanvar 2023-cü il tarixində Medianın İnkişafı Agentliyi tərəfindən media subyekti kimi media reyestrinə daxil edilib. Sayt fəaliyyəti dövründə bir sıra dövlət və qeyri-dövlət qurumları tərəfindən mükafatlandırılıb. "QHT.az" saytının baş redaktoru Cəsarət Hüseynzadə eyni zamanda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədridir və vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş bir sıra uğurlu layihələrin müəllifidir.
"Şərq" qəzeti olaraq biz də baş redaktor başda olmaqla"QHT.az" saytının bütün kollektivini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
21:11 07.07.2026
Dünya
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm