
Qulu Məhərrəmli: Məmməd Murad ekranın simasını dəyişdi
09:14 23.09.2025
Media
571
Məmməd Murad Azərbaycan televiziyası tarixində ən islahatçı sədrlərdən biri idi
Onu tanıyan hər kəsin yaddaşında Məmməd Murad hər zaman parlaq bir şəxsiyyət kimi qalacaq
Azərbaycan televiziyasının inkişaf tarixində müəyyən dövrlər var ki, həmin mərhələlərdə aparılan dəyişikliklər təkcə texniki yeniliklərlə deyil, həm də məzmun və yanaşma baxımından dönüş nöqtəsi kimi yadda qalıb. Belə dövrlərdən biri də 1990-cı illərin əvvəlinə-ölkənin müstəqillik əldə etdiyi, ictimai-siyasi həyatın çalxalandığı bir zamana təsadüf edir. Bu mürəkkəb və kritik mərhələdə Azərbaycan Televiziyasına rəhbərlik edən şəxs-yazıçı və jurnalist Məmməd Murad qısa müddət ərzində əhəmiyyətli islahatlara imza atdı. O, 1991–1992-ci illərdə AzTV-yə rəhbərlik etdiyi dövrdə neçə-neçə uğurlu layihələrlə televiziyanın simasını dəyişməyə çalışdı.
Məmməd Muradın dövründə televiziyada illərlə formalaşmış qadağalar, mövzu sərhədləri aradan qalxdı. O, yenilikçi və cəsarətli qərarları ilə tanınırdı. Ənənəvi və şablon yanaşmalardan imtina edərək, efiri daha açıq, dinamik və müasir bir platformaya çevirmək üçün ciddi addımlar atdı. Bu, o dövr üçün olduqca irəli və riskli qərarlar idi.
Təəssüf ki, sentyabrın 22-i 2025-ci ildə sənət və media ictimaiyyəti böyük bir itki ilə üzləşdi-AzTV-nin keçmiş sədri Məmməd Murad vəfat etdi.
Əməkdar jurnalist, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli Sherg.az-a Məmməd Muradla bağlı xatirələrindən danışıb:

"Məmməd Murad Azərbaycanda tanınmış simalardan biridir. O, gözəl yazıçıdır, dəyərli əsərləri və maraqlı publisistik yazıları var. 1991-ci ildə isə Azərbaycan Televiziyasının sədri vəzifəsində çalışıb. Həmin dövr kifayət qədər mürəkkəb və qarışıq bir zaman idi. Amma buna baxmayaraq, Məmməd Murad o illərdə Azərbaycan Televiziyasında bir sıra mühüm islahatlar həyata keçirməyə nail oldu. Məsələn, onun rəhbərliyi dövründə xəbər aparıcılarının və diktorluq institutunun fəaliyyəti dayandırıldı. Bunun əvəzinə jurnalistlər efirə çıxaraq xəbər aparmağa başladılar. Ənənəvi mövzular-kənd təsərrüfatı, tikinti və digər bu kimi şablon verilişlər tədricən aradan qalxdı. Onların yerini müasir həyatla bağlı, daha aktual məsələlərə həsr olunmuş proqramlar aldı. Əvvəllər gün işığına çıxmayan bir çox mövzular televiziya vasitəsilə ictimaiyyətə çatdırıldı. Ən ciddi islahatlardan biri isə televiziyanın strukturunun və yayım formatlarının dəyişdirilməsi idi. O dövrdə ilk dəfə olaraq kiçikhəcmli-20-30 dəqiqəlik verilişlərdən imtina edildi və kanal sisteminə keçildi. Məsələn, “Asiman” adlı bir kanal çərçivəsində gənclərin problemlərinə və ya siyasi mövzulara həsr olunmuş iki saatlıq verilişlər yayımlanırdı. Bu yeni format tamaşaçılarda maraq doğururdu. Çünki onlar alışdıqları ənənəvi, şablon və çeynənmiş formaları deyil, daha dinamik və müasir təqdimatlarla qarşılaşırdılar. Jurnalistlər ön plana çıxdılar, analitik proqramlar yaradıldı, tənqidi məzmunun miqyası əhəmiyyətli dərəcədə genişləndi. “Dalğa” kimi proqramların yerini müasir formatda hazırlanmış yeni proqramlar aldı".
Qulu Məhərrəmli Məmməd Muradın ekranın simasını dəyişdiyini, onun dövründə görkəmli şəxslərin efirə çıxdığını, aktual mövzuların müzakirə olunduğunu, diskussiya proqramlarının sayının artdığını söyləyib:
"Məmməd Murad deyirdi ki, bizə Avropa tipli televiziya lazımdır. Avropa tipli televiziyanın mahiyyətcə detallarını tam təsəvvür etməsə də, o çox gözəl anlayırdı ki, AzTV əvvəlki formatda, şablon verilişlərlə davam etsə, tamaşaçı qazana bilməyəcək. Hesab edirəm ki, Məmməd Murad Azərbaycan televiziyası tarixində ən islahatçı sədrlərdən biri idi.
Mən özüm də bir jurnalist kimi onun dövründə efirə çıxdım. Əvvəlcə “24 saat” xəbər proqramının, sonra isə “Ana xəbər”in aparıcısı oldum. O illərdə canlı yayımın, xəbər proqramlarının sayı artdı. Təəssüf ki, həmin dövrün ictimai-siyasi hadisələri çox sürətlə inkişaf edirdi. Onun həyata keçirdiyi televiziya islahatları hətta onu televiziyaya təyin edən bəzi şəxslərdə narahatlıq yaradırdı. Bu səbəbdən ona müəyyən məhdudiyyətlər qoyuldu. Bununla da islahatların tempi bir qədər zəiflədi".
Professor Məmməd Muradın çox parlaq və yaradıcı insan olduğunu vurğulayıb:
Məmməd Murad sədrlikdən sonra da müxtəlif sahələrdə çalışdı. O, Orta Asiya ölkələrində də fəaliyyət göstərdi. Onu tanıyan hər kəsin yaddaşında Məmməd Murad hər zaman parlaq bir şəxsiyyət kimi qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya
Elvin Cəfərquliyev milliyə çağırıldı
14:31 23.05.2026
Futbol
Qazaxıstan nümayəndə heyəti ölkəmizə səfər edib
14:29 23.05.2026
Gündəm
Özgür Özel CHP Qrup sədri seçildi
14:24 23.05.2026
Gündəm