Rəşad Məcid sərt danışdı: “Qəzetə dırnaqarası baxılmamalıdır”
Yusif Nəzərli
12:52 23.11.2021
Media
608
Paytaxt Bakıda “Press kiosk” adlanan müasir tipli köşklər fəaliyyət göstərir. Lakin bir “əmması” var. Qəzet və çap məhsullarının satışı üçün nəzərdə tutulan köşklərdə “oxucu”ya nadir hallarda rast gəlirik. Bəzən elə hallar olur ki, köşkə yaxınlaşanda hər hansı qəzetin nömrəsini tapa bilmirik. Satıcılardan nəsə öyrənmək istəyəndə isə belə cavab verirlər: “Qəzet indi kimə lazımdır”.
Görünür, bu sahədə köklü dəyişikliyə zərurət yarandığı üçün Bakıdakı "Kiosk Press”lərin rəhbəri dəyişdirilib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə Elşad Səfərov rəis təyin olunub.
Elşad Səfərov Bakının bir sıra rayonlarını əhatə edən "Kiosk Press” adlandırılan köşklərə də rəhbərlik edəcək.
O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb.
Bu kadr dəyişiliyinin qəzet və jurnalların satışına təsir göstərib- göstərməyəcəyini öyrənmək məqsədilə “525-ci" qəzetin baş redaktoru Rəşad Məcidlə əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, “Əks-səda”nın qəzet satışı lazımi səviyyədə deyil:
“Həmişə şikayətimiz bildirmişik. Prezidentlə görüşdə ölkə başçısı qeyd etdi ki, köşklər onun təşəbbüsü ilə yaradılıb. İndi hamısı mini bazara çevrilib. Başa düşürük, onlar kirayə haqqı çox verirlər. Lakin qəzetə dırnaqarası baxılmamalıdır. Elələri var, saat 11-12-də də köşkü açmırlar, qəzet satışında maraqlı deyillər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət