Şantaj və hədə-qorxu media fəaliyyəti deyil - Müşfiq Ələsgərli
23:38 12.08.2025
Media
785
Jurnalistika nüfuzuna zərbə vuran cinayətkar əməllərə qarşı ciddi tədbirlər tələb olunur
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi pul tələb edən “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulub. Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, bu hadisə mediada dələduzluq və şantaj halları ilə bağlı baş verən ciddi pozuntuların növbəti nümunəsi kimi diqqət çəkib.
Mütəxəssislərin fikrincə, son illərdə informasiya texnologiyalarının inkişafı və internet medianın geniş yayılması ilə bərabər, bəzi şəxslər bu imkanlardan qanunsuz məqsədlər üçün istifadə edərək, insanların reputasiyasını və şəxsi həyatını təhdid edir, onlardan hədə-qorxu ilə pul tələb etməyə çalışırlar. Belə halların artması media etikasına və ictimai etimada zərər vurur, cəmiyyətin informasiyaya olan inamını sarsıdır. Bu səbəbdən də hüquq-mühafizə orqanlarının belə cinayətlərin qarşısını almaq üçün sərt tədbirlər görməsi, ictimai təhlükəsizliyin təminatı baxımından böyük önəm daşıyır.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə Sherg.az-a açıqlamasında deyib ki, insanları şantaj etmək, hədə-qorxu ilə pul tələb etmək və ya başqa bir tələb irəli sürmək media hadisəsi kimi təqdim olunmamalıdır, bu, birmənalı şəkildə cinayət əməlidir:
“Bu cür əməllər birmənalı şəkildə Cinayət Məcəlləsi ilə tənzimlənir və cəzalandırılır. Hadisənin mahiyyətində olan əsas problem, həmin şəxslərin cinayətkar niyyətlərini həyata keçirmək üçün media resurslarından sui-istifadə etmələridir. Burada media yalnız bir vasitə rolunu oynayıb, yəni cinayətkarlar öz məqsədlərinə çatmaq üçün media platformasını seçiblər. Əslində, onlar bu cinayətləri digər vasitələrlə də fiziki təzyiq, soyuq və ya odlu silahla insanları hədələməklə həyata keçirə bilərdilər. Bu baxımdan, media sadəcə bir alət kimi istifadə olunub və bu hadisənin jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Jurnalistika peşəsi, medianın missiyası ictimaiyyəti obyektiv, qərəzsiz və dürüst informasiyalarla təmin etməkdən ibarətdir. Media resurslarının belə cinayətkar məqsədlər üçün istifadəsi peşə etikasına və jurnalistlərin davranış kodeksinə tamamilə ziddir”.
Media vasitələrindən sui-istifadənin özünün də əlavə məsuliyyət yaratdığını vurğulayan M.Ələsgərli qeyd edib ki, insanlardan şantajla, hədə-qorxu ilə pul tələb etmək yalnız cinayət olmaqla kifayətlənmir, həm də media qanunvericiliyində qadağan olunmuş hallardandır. Azərbaycanda jurnalistlərin davranış kodeksi və medianın etik prinsipləri bu cür hallara qarşı ciddi mövqedədir və həmin kodeksin 5-ci maddəsi xüsusi olaraq belə neqativ halların qarşısını almağa yönəlib:
“Konkret olaraq Zərdabda baş verən hadisə həm hüquqi, həm də etik baxımdan xuliqanlıq əməlidir. Medianın ümumi nüfuzuna zərbə vuran bu hadisə göstərir ki, media subyektlərinin fəaliyyətində şəffaflıq, peşəkarlıq və qanunçuluq prinsiplərinə ciddi əməl edilməli, hər hansı sui-istifadə halları vaxtında aşkarlanıb cəzalandırılmalıdır. Media vasitələrindən sui-istifadə hallarına qarşı sıfır tolerantlıq tətbiq edilməli, belə cinayətkar əməllərin qarşısı alınmalı və medianın imici qorunmalıdır. Çünki jurnalistika ictimai etimad və məsuliyyət üzərində qurulan müqəddəs peşədir və bu nüfuzun qorunması üçün hər kəs öz rolunu bilməli, qanunlara və etik normalara ciddi əməl etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya
Elvin Cəfərquliyev milliyə çağırıldı
14:31 23.05.2026
Futbol
Qazaxıstan nümayəndə heyəti ölkəmizə səfər edib
14:29 23.05.2026
Gündəm
Özgür Özel CHP Qrup sədri seçildi
14:24 23.05.2026
Gündəm