
"Sputnik Azərbaycan" təhrif və təxribat mənbəyidir - EKSPERT
Yusif Nəzərli
19:12 12.07.2025
Media
661
“Sputnik Azərbaycan”ın əməkdaşlarının Rusiya kəşfiyyat orqanları ilə əməkdaşlığı və bununla bağlı həyata keçirilən həbslər fonunda Rusiyanın Azərbaycana qarşı siyasi təzyiqləri davam edir.
Rusiya Jurnalistlər İttifaqının beynəlxalq təşkilatlara yönəltdiyi müraciətlər reallığı təhrif edir və Azərbaycanı söz azadlığını boğan ölkə kimi təqdim etməyə çalışır. Halbuki bu media qurumunun fəaliyyəti uzun illərdir təxribat xarakteri daşıyır. Azərbaycan Mətbuat Şurası da məsələyə münasibət bildirərək beynəlxalq ictimaiyyətə rəsmi müraciət ünvanlayıb.

Mövzu ilə bağlı jurnalist İlqar İlkin Sherg.az-a açıqlama verib:
"Bu müraciət həm məzmun baxımından, həm də hədəflədiyi beynəlxalq auditoriyaya təsir etmək baxımından olduqca vacibdir. Çünki Rusiya Jurnalistlər İttifaqı “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi təşkilatlarına ünvanladığı məktubunda elə rəy yaratmaq istəyir ki, guya Azərbaycan xarici media nümayəndələrinə qarşı aqressiya nümayiş etdirir, söz və mətbuat azadlığını boğur".
Müsahibimiz “Sputnik Azərbaycan”nın ölkəmizdə fəaliyyətə başladığı gündən media sahəsindən çox pozuculuq, təhrif olunmuş informasiyalar və aydın olmayan mövqe sərgilədiyini qeyd edib:
"Bu media qurumu azad mediadan çox Rusiya Federasiyasının xarici siyasətinin əsas təsir rıçaqları kimi istifadə olunub. Uzun illər bu media qurumu ölkəmizin informasiya məkanında azad mətbuatdan çox, təhdid və rahatsızedici mövqeyi ilə yadda qalıb. Ona görədir ki, yalnız ölkəmizdə deyil, bir çox ölkələrdə də bu agentliyin fəaliyyəti arzuolunmaz sayılıb və fəaliyyətlərinə qadağalar qoyulub".
İlqar İlkin sonda beynəlxalq jurnalist təşkilatlarınında bu fəaliyyətdən xəbərdar olduğunu söyləyib. O, mediadan dövlətlərin siyasi məqsədlər üçün istifadəsinin yolverilməz olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
21:11 07.07.2026
Dünya
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm
Azərbaycan beynəlxalq etimadın mərkəzindədir - ŞƏRH
17:45 07.07.2026
Gündəm