"Sputnik Azərbaycan"ın rəhbərliyi jurnalist fəaliyyətinə görə həbs edilməyib - RƏY
Yusif Nəzərli
12:42 12.07.2025
Media
413
Bəllidir ki, uzun illərdir Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv rolunu yerinə yetirə bilmir. Dövlətin sərt nəzarəti, senzura, həbslər və informasiya məhdudiyyətləri müstəqil medianı tamamilə sıradan çıxarıb. Bu baxımdan da Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan, jurnalistikadan, obyektivlikdən və söz azadlığından danışmağa mənəvi haqqı yoxdur.
Bu sözləri “Report”a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna münasibət bildirərkən deyib:
“Rusiya Jurnalistlər İttifaqı (RJİ) “Sputnik Azərbaycan”ın saxlanılmış əməkdaşlarını “jurnalist” statusu ilə müdafiə etməyə cəhd göstərməklə həm peşə etikasını pozur, həm də özünün uzun illər ərzində nümayiş etdirdiyi qeyri-obyektiv və siyasi yönümlü mövqeyini bir daha təsdiqləmiş olur. Beynəlxalq təşkilatlar bilməlidir ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar".
Hacıbəy Heydərli qeyd edib ki, onlar jurnalist fəaliyyətinə görə həbs edilməyiblər:
“Bu, onların adi jurnalist kimi deyil, siyasi və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmalarını ortaya qoyur.
Belə hallarda həmin şəxslərin saxlanılması hüquqi baxımdan tam əsaslandırılmış və mövcud qanunvericiliyə uyğun addımdır. Beynəlxalq standartlara görə də, əgər hər hansı şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqəsi sübuta yetirilərsə, bu, onun ölkənin milli təhlükəsizliyinə təhlükə törətməsi kimi qiymətləndirilir və müvafiq tədbirlər görülür”.
MŞ İdarə Heyətinin üzvü Rusiya Jurnalistlər İttifaqının Rusiyada jurnalist təqiblərinə sakit qaldığını bildirib:
“Hazırda Rusiyada ən təhlükəli peşələrdən biri, bəlkə də birincisi jurnalistikadır. Son illərdə bu ölkədə xeyli jurnalist ya qətlə yetirilib, ya həbs edilib, ya da sürgünə göndərilib. Dünyada Rusiya qədər jurnalistlərə basqı edən, təqibə məruz qoyan barmaqla sayılacaq qədər az ölkə var.
Rusiya Jurnalistlər İttifaqı isə bütün bu neqativ olaylara, jurnalistikanın boğulmasına, tanınmış jurnalistlərin qətllərinə səssiz qalıb və prinsipial mövqeyi nümayiş etdirməyib. Onun fəaliyyəti formal, ehtiyatlı və çox zaman rejimlə uzlaşan bir xarakter daşıyıb. Bu səbəbdən Rusiya daxilində və xaricində yaşayan müstəqil jurnalistlər, beynəlxalq təşkilatlar Rusiya Jurnalistlər İttifaqını etibarlı müdafiə platforması və etibarlı jurnalist təşkilatı kimi görmürlər. RJİ sadəcə hakimiyyətin dediyini edən təbliğatçı bir qurumdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı yaxınlığında neft tankeri vurulub
21:22 07.07.2026
Dünya
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
21:11 07.07.2026
Dünya
"Seltik" Kamilo Duranı "Qarabağ"dan 6,4 milyon avroya alır
20:49 07.07.2026
Futbol
Monako partlayışı: Əsas şübhəli Ukraynada ölü tapıldı
20:28 07.07.2026
Dünya
Tramp Ankarada açıqladı: Bu adaya biz nəzarət etməliyik!
20:14 07.07.2026
Dünya
Turanın rəqəmsal yaddaşı qurulur
20:14 07.07.2026
Texnologiya
"Toyota" Meksikadan ABŞ-yə köçür
20:07 07.07.2026
Dünya
Qaqik Tsarukyan iki aylıq həbs edilib
19:40 07.07.2026
Region
Tramp: İtaliyanın baş naziri yaxşı insandır, amma səhvə yol verib
19:37 07.07.2026
Siyasət
Traktora səkkiz qoşqu qoşan şəxs barədə tədbir görüldü
19:05 07.07.2026
Hadisə
Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı
18:42 07.07.2026
Sağlamlıq
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
18:08 07.07.2026
Gündəm
Zelenski Ankarada Azərbaycana təşəkkür etdi
17:48 07.07.2026
Gündəm
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:47 07.07.2026
Gündəm