"TEKNOFEST Azərbaycan" festivalı ziyarətçi qeydiyyatına start verir!
Yusif Nəzərli
16:46 06.05.2022
Media
795
Baku Crystal Hall və Dənizkənarı Milli Park 4 gün boyunca festivalı canlı izləmək istəyən ziyarətçilərə misilsiz zəngin proqram və nəfəs kəsən müsabiqələr vəd edir!
26-29 may tarixlərində Bakıda keçiriləcək regionun ən böyük tədbiri olan "TEKNOFEST Azərbaycan" – Aerokosmik və Aviasiya festivalında ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesinə başlanılır.
Festivalda iştirak etmək istəyən şəxslər https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyat prosesindən keçərək bilet əldə edə biləcəklər.
Qeyd edək ki, festivala giriş biletinin əldə olunması hər bir Azərbaycan vətəndaşı üçün əlçatan və ödənişsizdir.
4 gün boyunca davam edəcək festivalda bir şəsxiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkün olacaq. Ziyarətçilər əldə etdiyi biletin üzərində qeyd olunmuş tarixdə festivala giriş imkanı əldə edəcəklər.
Bununla yanaşı, festivalın açıq ərazisində təşkil olunan sərgi və pavilyonlara baş çəkmək üçün ziyarətçilərdən COVİD-19 sertifikatı tələb olunmur. Qapalı məkanlarda keçirilən tədbirləri canlı izləmək üçün isə mütləq qaydada COVİD-19 və immunitet sertifikatı təqdim edilməlidir.
Festivalda 5 yaşından yuxarı uşaqların iştirakına icazə verilir. 7 yaşdan yuxarı olan uşaqlara isə festivala giriş üçün bilet tələb olunacaq. Festivalı ziyarət etmək istəyən əcnəbi vətəndaşlar da yuxarıda qeyd olunan qeydiyyat prosesi və müvafiq qaydalar üzrə ödənişsiz bilet əldə edə biləcəklər.
Əlavə məlumat əldə etmək üçün:
+994 12 493 33 77 Iticket.az dəstək xidməti
office@teknofest.az
https://teknofest.az/az/
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial