Televiziyalar arasında güclü rəqabət olsaydı...
Yusif Nəzərli
13:35 06.05.2022
Media
796
Televiziyalar bəzən media qanunlarına zidd hərəkətlərə görə cəzalandırılır. Efirlər müvəqqəti dayandırılır. Analoji hadisə mayın 5-də baş verib. Belə ki, həmin gün Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Proqramların monitorinqinin müzakirəsi zamanı "ARB” televiziyasının yayımına 3 saatlıq qadağa qoyulub.
"ARB” televiziya yayımçısının efirində 3 may 2022-ci il tarixdə saat 13:35 - 15.30 arası yayımlanan "Elgizlə izlə” proqramında zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya yol verilməsinə görə efir dayandırılıb.
Televiziyalarda yaşanan durumla bağlı "Sherg.az"a açıqlama verən media eksperti Zeynal Məmmədlinin qənaətincə, yayımın dayandırılmasına uyğun iki cür ziyanı nəzərdə tutmaq mümkündür:
"3 saat ərzində nə qədər reklam göstərilə bilərdi? Hər saata uyğun 10 dəqiqədən bir hesablasaq, yarım saatlıq reklam gəlirindən məhrum olmaq anlamına gəlir. Bizdə reklam bazarında vəziyyət heç də ürəkaçan deyil, başa düşürəm. Şəffaflıq da çox azdır.
Digər tərəfi isə efirin qapadılmasıdır. Bir şeyi anlamıram ki, efir dayandırılanda başqa nəsə ilə əvəzləyiblər? Tutalım, Audiovizual Şura həmin vaxtı filan verilişi, yaxud görüntünü yayımlansın. "Filan şey" də çox vaxt sosial yönümlü, mədəniyyətlə, təhsilə dairdir.
Görülən tədbirlərin indiki Azərbaycan şəraitində nə dərəcədə səmərəli olduğuna bir söz deyə bilmərəm, şübhə ilə yanaşıram. Amma böyük reklam bazarı, həmçinin televiziyalar arasında güclü rəqabət və sərbəst bazar olsaydı, çox təsir göstərəcəkdi.
Nüfuza və iqtisadiyyata dəyən ziyana əsasən, ağır nəticələnəcəkdi. Pozuntunun səbəblərinə daha həssas yanaşılacaqdı. Televiziyalar pozuntunu ədalətsiz sayırsa, məhkəmə iddiaları qaldırardı. Bu isə Audiovizual Şuranın işini daha yaxşı aparmasına gətirib çıxarardı".
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial