Zaur KamalSIZLARA ustad dərsi! – “Kitab oxumayan, peşə etikasını tapdalayan...”
Yusif Nəzərli
14:45 30.06.2022
Media
943
Zeynal Məmmədli:“Güney Azərbaycandan olan soydaşımıza qarşı hərəkətinə bəraət qazandırmaq olmaz”
Ləman Ələşrəfqızı:“Bu gün rayonlara gedin, onlar yetərincə məşhurdurlar. Çünki onlar illər ərzində apardıqları bayağı təbliğatla əhalini də özlərinə oxşada biliblər”
Aparıcı Zaur Kamalla cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında gərgin anlar yaşanıb. Zaur “Həmin Zaur” verilişində qonaq olan Afşini studiyadan çıxarıb.
“Efirdən kənarda mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi” deyərək ifaçıdan verilişi tərk etməsini istəyib. Afşin Azəri isə “sizin dedikləriniz yadıma gəlmir” deyərək etiraz edib.
Zaur Kamal daha sonra “Kişilikdən deyil ki, məni görəndə kənara fırlanırsız. Mən səni bu gün efirdən çıxaracam. Sən bir də mənim proqramımda olmayacaqsan” deyərək reklam fasiləsi elan edib.
Hadisə ilə bağlı “Sherg.az”a danışan Zeynal Məmmədli bildirib ki, efirarxası olayın əsas gətirilməsi, təbii ki, düzgün deyil:
“Detalları bilmirəm, amma istənilən halda aparıcı birmənalı qarşılanmayacaq davranışa yol verməməlidir. Güney Azərbaycandan olan soydaşımıza qarşı hərəkətə bəraət qazandıraq olmaz”.
Tanınmış teleaparıcı Ləman Ələşrəfqızı da bildirib ki, aparıcının atdığı addım düzgün deyil:
“Mən də sosial mediada öz münasibətimi qısa olaraq bildirdim. Orada da qeyd etmişəm ki, bu cür Zaur “Kamalsızlar” bu gün efirləri doldurublar. Bu adamlar o qədər çoxluq təşkil edirlər ki, hansı kanalı açsan, mütləq orada bir “kamalsız” var. Onlar kitab oxumayan, peşə etikasını tapdalayan, insanlanların alt şüuruna bu cür səviyyəsiz söhbətləri ilə təsir göstərən insanlardır. Bu gün rayonlara gedin, onlar yetərincə məşhurdurlar. Çünki onlar illər ərzində apardıqları bayağı təbliğatla əhalini də özlərinə oxşada biliblər. Zaur Kamallar nahaqdan ortaya çıxmırlar. Ona görə bu gün də yazdım ki, ARB kanalında Zaur Kamala heç kim, heç nə demeyəcək. Belə arzuolunmaz hallara qarşı heç bir tədbir görmürlər. Ona görə də “Burada mənəm, Bağdadda kor xəlifə” deyib, istədikləri kimi davranırlar”.
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat