Aksiyada Salyan “MİTTİB MMC”-nin rəhbər heyəti, kollektivi, ictimai şura könüllüləri və çay sahilində yaşayan sakinlər iştirak edib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Ana Kür Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliiyi tərəfindən “Kür çayı ərazilərdə ətraf mühitin bərpası və alternativ ekoloji davranışların təşviqi" layihəsinin icrasına ayırdığı maliyyə vəsaiti hesabına baş tutmuşdur.
QHT.az xəbər verir ki, 5 İyun Ətraf Mühitin Mühafizəsi gününə həsr olunmuş təmizlik aksiyası zamanı İştirakçılar qarşısında çıxış edən İctimai birlik sədri Rüstəm Malikov bildirib ki, Kür çayı Azərbaycanın ən mühüm təbii sərvətlərindən biridir. 
Lakin ötən yüzilliyin ikinci yarısından başlayaraq kür çayı sahillərində biomüxtəliflik getdikcə pozulmağa başlamış, ətraf mühitə atılan tullantıların miqdarı artmış, təbii sərvətlərdən səmərəsiz istifadə olunmuşdur. Buna görə Kür çayı sahilinə yaxın ərazilərdə yaşayan insanlarımızın da daha çox ictimai qınağa çəkməliyik. Çünki, Kür hamımızındır. Ərazini mal-qaraya otarmaq düz deyil.
Layihənin də əsas məqsədi biomüxtəlifliyin bərpa olunmasına dəstək göstərmək və bunun üçün müəyyən olunmuş ekoloji davanışları təşviq etməkdir. İctimai birlik tərəfindən Kür çayı sahilində təşkil edilən ekoloji tədbirlər də bu məqsədlərə xidmət göstərir.
Yerli sakin Mehman Səfərov aksiyanın əhəmiyyətindən danışmış və əhalini təmizliyə riayət etməyə səslənib.