“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

“Bakcell” 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarını sevindirib. “YAŞAT” Fondunun təşəbbüsü ilə reallaşdırılan ölkəmiqyaslı “Hədiyyə Karvanı” layihəsi çərçivəsində şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş qəhrəmanların övladlarına müxtəlif hədiyyələr təqdim edib.

Ölkənin bütün bölgələrini əhatə edən layihə çərçivəsində 14 yaşadək 1600-dən çox uşağa bayram sevinci yaşadılıb. Təşəbbüs “Bakcell”in dayanıqlılıq və korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm hissəsidir.

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” “YAŞAT” Fondu ilə birgə şəhidlərin ailə üzvlərinə və müharibə əlillərinə sosial dəstək layihələrini davamlı olaraq həyata keçirir. Bu əməkdaşlıq “NEQSOL Holding” və “YAŞAT” Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

“Bakcell” cəmiyyətin rifahına və gələcək nəsillərin inkişafına töhfə verən sosial layihələrə dəstəyini davam etdirir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.