Bakıda polisin tapdığı 10 min manat onun imiş - Foto
Yusif Nəzərli
19:58 22.01.2025
Ölkə
396
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıb sahibinə qaytarmışdı.
“Qafqazinfo”nun məlumatına görə, həmin pul millimizin sabiq basketbolçusu, “Quba” komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş.
O, bu barədə Prosport.az-a müsahibəsində deyib:
“Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib “Quba” komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, verdiyim pulu itirməmisən? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək – red.)”.
Əldə etdiyimiz məlumata görə, artıq elm və təhsil naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 10 min manatı taparaq sahibinə verən polis serjantı Abidov Nahid Zahid oğlunu mükafatlandırıb. Polis əməkdaşına fəxri diplomu icraçı vitse-prezidenti Fərrux Mahmudov təqdim edib.
Qeyd edək ki, pulun tapılması ilə bağlı DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım etmişdi. Bu paylaşımdan dəqiqələr sonra pul sahibini tapmışdı.
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol