Cəlilabadda 3 gündür ki, içməli suyun verilişində problem yaranıb
15:29 14.07.2025
Ölkə
380
Cəlilabad şəhəri və Uzuntəpə kəndində üç gündür ki, içməli suyun verilişində problem yaranıb.
Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, problem bu ayın 11-də Masallı rayonunun Güllütəpə kəndi ərazisindən keçən, Viləşçay su anbarından Cəlilabada gedən magistral su kəmərində baş vermiş qəza ilə bağlıdır.
Sakinlər, həmçinin bildiriblər ki, qəzadan sonra təmir işləri aparılsa da, sonra yenidən nasazlıq baş verib. Nəticədə suyun verilişi dayandırılıb.
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən "Report"un Muğan bürosuna bildirilib ki, 11 iyul tarixində Masallı və Cəlilabad rayonlarının sərhədində, rayonun Güllütəpə ərazisində baş vermiş yanğın nəticəsində təxminən 50 hektara yaxın sahə yanıb, ərazidən keçən böyük diametrli su borusu zədələnib.
"Hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Masallı və Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, boru xəttinin bərpası istiqamətində təmir işlərinə başlanılıb", - məlumatda vurğulanıb.
Xəbər lenti
Hamısına bax
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
15:06 13.07.2026
Siyasət
ABŞ İrana raket zərbəsi endirib, bir nəfər yaralanıb
14:58 13.07.2026
Dünya