Gələn il Bakıda daha bir beynəlxalq toplantı keçiriləcək
Yusif Nəzərli
18:45 19.05.2025
Ölkə
465
Gələn il Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurum rəhbərlərinin üçüncü toplantısı keçiriləcək.
Sherg.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Həməd bin Naserv AI-Misnəd ilə görüşüb.
Baş prokuror Kamran Əliyev, Azərbaycan ilə Qətər arasında mövcud olan güclü siyasi əlaqələri və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrdə əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Kamran Əliyev iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, 2026-cı ildə Bakıda İƏT-ə üzv ölkələrin antikorrupsiya qurumları rəhbərlərinin 3-cü toplantısının keçirilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb, GlobE şəbəkəsi və digər beynəlxalq platformalar çərçivəsində birgə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.
Həməd bin Naserv AI-Misnəd isə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi nəticələri və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni yüksək dəyərləndirib. O, Azərbaycan Prokurorluğunun beynəlxalq platformaların təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu əks etdirən eksponatları izləyiblər.
Qeyd edək ki, Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə 19–23 may tarixlərində Bakı şəhərində sözügedən beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin Onuncu Görüşü baş tutur.
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm