“Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi çərçivəsində könüllülərə təlim keçirilib - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyat keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin çərçivəsində fəaliyyət davam edir.  

QHT.az xəbər verir ki, 25-27 May 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə «“Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin fəaliyyət planı çərçivəsində prosesə cəlb edilmiş könüllülərə təlim keçirilmişdir, 

 Bakı şəhərində keçirlən və üç gün davam edən tədbirlərdə iştirakçılara müəyyən bilik və bacarıqlar öyrədilməsi məqsədi ilə bir neçə mövzuda təlimlər keçrilmişdir.

Tədbirlərin maderotu “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Togrul Abbasbəyli idi. Ekspertlər “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N. Abbasbəyli, “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli «WUF-13:Bakı və inklüziv imkanlar: qaunuvericliyin tələbləri və reallıq», “Şəhərsalma və ətraf mühit. Ekolojii problemlər", “WUF-13:nəticələr və perspektivlər” və s. mövzularında məruzə edərək, ətraflı məlumat verdilər. İştirakçıların çoxsaylı sualları cavablandırıldı və mövzular ətrafında müzakirələr aparıldı. Tədbirin yekununda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanov layihəyə və tədbirə göstərdikləri maraq və diqqətə görə iştirakçılara təşəkkürünü bildirdi. 

  Tədbir iştirakçılarına layihə çərçivəsində həm ingilis, həm də azərbaycan dilində çap edilmiş çoxlu sayda bukletlər paylanmışdır. Bu bukltlər əsasən könülülərin vasitəsilə əhali arasında paylanmaq üçün nəzərdə tutulub. Sonda“Rezonans” GİB-nin sədri Togrul Abbasbəyli və icraçı direktoru Məhəmmədəli Mərdanov tərəfindən könüllülərə sertifikatlar təqdim olundu. Qeyd etmək lazımıdır ki, məhz həmin könüllülər vasitəsi ilə müxtəlif məlumatların toplanması, tədbirlərin keçirilməsi, şəhərlə bağlı təkliflərini toplaması təşkil ediləcək.