“Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəni uğurla davam etdirir.

Layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır. 25.06.2026-cı il tarixində Ağcabədi rayonunda Ağcabədi Bayraq Muzeyində “Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Ş.Dadaşova açıb. O, iştirakçıları salamladıqdan sonra layihə və donor təşkilat haqda ətraflı məlumat verdi. Daha sonra layihənin məqsədi və gözləntilərdən danışdı. Bildirib ki, “Bölgələrdə gender problemlərinin təhlili, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunması və sosial ədalətin bərqərar olması üçün strateji əhəmiyyət kəsb edir. 

Paytaxtdan kənarda, xüsusilə kənd yerlərində ənənəvi baxışlar, iqtisadi məhdudiyyətlər və məlumatlılığın az olması gender bərabərsizliyini dərinləşdirə bilər. Gender bərabərliyinin tam təmin olunması və ənənəvi ailə dəyərlərinin müasir çağırışlarla uyğunlaşdırılması istiqamətində təhsil və maarifləndirmə tədbirləri davam etdirilməlidir”.

Layihənin eksperti, S.Məmmədova Gender problemləri barədə ətraflı məlumat verdi. Bildirdi ki,” bölgələrdə qadın zorakılığı halları, erkən nikahlar, qızların təhsildən yayınması və məişət zorakılığı daha çox rast gəlinə bilən problemlərdir. Təhlil bu problemlərin kök səbəblərini (stereotiplər, təhsil səviyyəsi) üzə çıxarır. Bu təhlil, xüsusilə regional xüsusiyyətləri, adət-ənənələri və yerli stereotipləri nəzərə alaraq, gender bərabərliyinə mane olan faktorları müəyyən etməyə xidmət edir”.

Mövzu ətrafında müzakirələr oldu Uşaq Gənclər İnkişaf Mərkəzinin təlimatçısı A. Zeynalova ,4 saylı tam orta məktəbin müəllimi N.Əliyeva mövzu ilə bağlı fikirlərini bölüşdülər. G.Həsənova, A.Cəfərov layihənin mövzusunun aktual olduğunu və bölgələrdə xüsusilə kəndlərdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunmasında böyük əhəmiyyət kəsb etdiyini bildirdilər. Sonra sual cavab oldu. İştirakçıların sualları cavablandırılıb.

Daha sonra qiymətləndirmə aparıldı. Tədbir iştirakçıları layihənin mövzusunun çox aktual olduğunu və razı qaldıqlarını bildiriblər.  

Tədbirdə layihə rəhbəri tədbirin uğurlu alımasında dəstəklərinə görə Ağcabədi RİH-nin Başçısı Rafil Hüseynova, Ağcabədi RİH Başçının müavini Vüsalə Məmmədovaya, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi ,Böyük Məsləhətçi Səbuhi Mövsümova və iştirakçılara təşəkkür edib.

İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür ediblər.

Tədbirdə 24 nəfər iştirak edib.