Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də

Bakı şəhərinin premium həyat tərzi məkanlarından biri olan Dreamland-də türk mətbəxinin tanınmış brendlərindən Kaşıbeyaz fəaliyyətə başlayır. Türkiyədə uzun illərə dayanan kulinariya irsini və qonaqpərvərlik ənənəsini özündə birləşdirən Kaşıbeyaz, Bakıda həm dad, həm də konsept baxımından fərqli bir restoran təcrübəsi təqdim etməyi hədəfləyir. Brendin şəhərə gəlişi, paytaxtın restoran və həyat tərzi səhnəsində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.

Kaşıbeyaz Dreamland Baku menyusu şeflərin ustalıqla hazırladığı seçilmiş türk təamları ilə formalaşdırılıb. Ət yeməkləri və kabab növlərindən tutmuş, ənənəvi məzələrə və məşhur şirniyyatlara qədər geniş çeşid qonaqlara təqdim olunur. Hər bir təam keyfiyyətli inqrediyentlər və klassik reseptlər əsasında hazırlanaraq, müasir təqdimatla servis edilir. Məkanın interyeri isə, zövqlü detalları, geniş və işıqlı sahəsi, eləcə də rahat atmosferi ilə seçilərək həm gündəlik ziyarətlər, həm də xüsusi görüşlər üçün uyğun mühit yaradır.

Restoranınrəsmiaçılışı 19 apreltarixindəkeçirilib. Açılışçərçivəsində media nümayəndələri, seçilmişqonaqlarvəinfluencerlərüçünxüsusiproqramtəşkilolunub. Tədbirzamanı Kaşıbeyaz-ınkonsepti, kulinariyayanaşmasıvətəqdimetdiyitəcrübəqonaqlaratəqdimedilib. Kaşıbeyaz Dreamland Baku hərkəsiəsltürkmətbəxinindadınıkəşfetməyəvə yeni birqastronomikünvanlatanışolmağadəvətedir.