"Kiçik addımlar- böyük nəticələr" layihəsinə start verilib

Cari ilin iyun ayından “Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyi “Kiçik addımlar-böyük nəticələr” adlı layihəsinin icrasına başlayıb.

QHT.az xəbər verir ki, “Kiçik addımlar-böyük nəticələr” layihəsi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.

“Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyinin sədri Sveta Rəfiyeva bildirmişdir ki, layihənin icrasına 01 iyun 2026-cı il tarixindən başlanılmışdır. Layihə icrası Kürdəmir, Ucar, Göyçay və Yevlax rayonlarında nəzərdə tutulmuşdur. Layihə iki ay davam edəcək.

Layihənin əsas məqsədi insanlarda davamlı sağlam həyat tərzini formalaşdırmaq, bunu onların gündəlik tələbatına çevirmək, insanların öz sağlamlıqlarına məsuliyyətlərini artırmaq və beləliklə sağlam həyat tərzini yaşam tərzinə çevirmək də insanlara yardımçı olmaqdır.

Layihənin icrası ilə bağlı mütamadi olaraq ictimaiyyətə geniş məlumat veriləcək.