18.06.2026 tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətən Naminə Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən qrant layihəsinin yekun günü keçirilib.

Layihə çərçivəsində iştirak edən şəhid ailələrinin üzvləri növbəti dəfə həkim müayinələrindən keçmiş, onların sağlamlıq vəziyyəti yoxlanılmış və müvafiq tibbi tövsiyələr verilib. Müayinələr peşəkar həkim heyəti tərəfindən aparılıb, iştirakçıların sağlamlıq problemləri dinlənilib və onlara lazımi məsləhətlər təqdim olunub.

Layihənin əsas məqsədi şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılmasına, onların sağlamlığının qorunmasına və mənəvi dəstəyin göstərilməsinə töhfə vermək olunub. İştirakçılar göstərilən diqqət və qayğıya görə təşkilatçılara və layihənin həyata keçirilməsinə dəstək göstərən qurumlara minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid ailələri xoş təəssüratlarla öz yaşayış yerlərinə yola salınıb.